Avropa çempionumuz: “Gözlərim önündə müharibə canlandı, erməniyə uduza bilməzdim”

Avropa çempionumuz: “Gözlərim önündə müharibə canlandı, erməniyə uduza bilməzdim”

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində ölkəmizi uğurla təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb.

"QELEBE.AZ" xəbər verir ki, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Oğlanlardan ibarət yığmanın böyük məşqçisi Vüqar Məmmədov bildirib ki, 32 ölkənin qatıldığı yarışdan 4 medalla qayıtmaq sevindirici haldır: “Yarışa yaxşı hazırlaşmışdıq. Mərhələli təlim-məşq toplanışlarımız oldu. Çəkilən əziyyət bəhrəsini verdi. Boksçularımız güclərini göstərdilər, inamlı qələbə qazandılar. Bu yaş qrupu üzrə yığmamızın perspektivi yüksəkdir. İnanıram ki, Avropa birinciliyində 4-cü yeri tutan komanda növbəti illərdə daha çox medal qazanaraq yuxarı pillələrdə qərarlaşacaq”.

52 kq çəkidə Avropa çempionu tituluna yiyələnən Şahin Aslanov daha böyük uğurlarının qarşıda olduğunu deyib. Onun sözlərinə görə, artıq hədəfi növbəti beynəlxalq yarışlarda eyni uğuru təkrarlamaqdır: “Startda ukraynalı rəqibimi 5:0 hesabı ilə məğlub etdim. Ardınca ingilis boksçu ilə qarşılaşdım. Demək olar ki, çəkimdə ən güclü rəqib o idi. Lakin mənim üçün keçilməz olmadı. Gürcüstanlı boksçuya qalib gəlib, finalda bolqarıstanlı idmançı üzərində də qələbə qazandım. Avropa çempionu olduğum üçün sevincliyəm. Qələbəm bununla bitməyəcək, davamının gəlməsi üçün daha çox çalışacağam”.

Digər Avropa çempionumuz Səftər Məmmədzadə (90 kq) də ilk uğuru ilə kifayətlənmək niyyətində deyil. Yarımfinalda erməni rəqibi üzərində qələbə qazanan boksçu buna borclu olduğunu vurğulayıb: “Avropa birinciliyinə çox yaxşı formada yollanmışdım. Məşqlərdə əziyyət çəkmişdim. Bunun üçün Avropa çempionluğunu gözləyirdim. Çəkimdə erməni boksçu olduğunu da bilirdim. Onu yarımfinalda nokaut etmək mənim üçün böyük fəxrdir. Bu qələbəmi Vətən müharibəsinin şəhidlərinə həsr edirəm. Döyüşə çıxdıqda da gözlərim önündə məhz 44 günlük müharibə canlandı. Bu səbəbdən də uduza bilməzdim. Üzərimdə əziyyəti olan məşqçilərə təşəkkürümü bildirirəm. Bundan sonrakı əsas hədəfim isə qarşıdakı dünya çempionatıdır. Mundialda da Azərbaycan himnini səsləndirmək istəyirəm”.

Qeyd edək ki, 380 boksçunun qatıldığı Avropa birinciliyində Şahin Aslanovla (52 kq) Səftər Məmmədzadə (90 kq) qızıl, Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) bürünc medal qazanıb.

Fərdi
Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Fərdi
Şəkidə "İdman festivalı 2022" start götürüb

Şəkidə "İdman festivalı 2022" start götürüb

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov sonuncu görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov sonuncu görüşlərini keçirəcək

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Fərdi
AVF prezidenti milli komandanın üzvü ilə görüşüb

AVF prezidenti milli komandanın üzvü ilə görüşüb

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Dünya çempionatı: Gövhər Beydullayeva üçün formal tur, iki təmsilçimiz xalı yarı bölüb

Fərdi
Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Fərdi
Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Fərdi
"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb