AFFA-nın Texniki direktoru: “Zirə” çempionluq uğrunda mübarizədə böyük addım atdı”

AFFA-nın Texniki direktoru: “Zirə” çempionluq uğrunda mübarizədə böyük addım atdı”

“Zirə” çempionluq uğrunda mübarizədə böyük addım atdı”.

Bunu “Report”a açıqlamasında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə “Zirə”nin Azərbaycan Premyer Liqasının ilk 4 turunda maksimum nəticə göstərməsinə münasibət bildirərkən deyib.

44 yaşlı mütəxəssisin fikrincə, Rəşad Sadıqovun yetirmələri bu mövsüm çempionluq uğrunda mübarizə apara bilərlər: “Yayda klubların hazırlıq prosesləri, oyun qrafikləri fərqli oldu. Hər bir komandanın heyətində dəyişikliklər baş verdi. “Sabah”dan gedənlər, komandaya yeni gələnlər var. “Neftçi” köklü dəyişikliklərə əl atdı. Klublar hazırda keçid dövrünü yaşayırlar. “Zirə” bu mövsüm “Qarabağ”, “Sabah” və “Neftçi” ilə rəqabət apara biləcək potensaldadır. Fikrimcə, çempionluğun taleyi bu dörd komanda arasında həll olunacaq”.

O, “Zirə”nin ilk turlarda “Qarabağ” və “Sabah” kimi rəqiblərə qalib gəlməsinin təsadüf olmadığını vurğulayıb: “Zirə”nin startda maksimum xal toplaması mənim üçün təəccüblü olmadı. Rəşad Sadıqovun artıq kifayət qədər təcrübəsi var. Yay fasiləsi zamanı transfer bazarında kifayət qədər fəal idilər. Əslində, bunun əksi də ola bilərdi. Adətən əcnəbi futbolçular ilk oyunlarında özlərini o qədər də yaxşı tərəfdən göstərmirlər. Rəşadın uğurlu cəhəti o oldu ki, gətirdiyi oyunçular dərhal ümidləri doğrultdular. “Zirə” sərgilədiyi oyuna görə bu nəticələrə layiq idi”.

Sabiq qapıçı hələ də xal qazanmayan yeganə komanda olan “Qəbələ”dən isə belə başlanğıc gözləmədiyini etiraf edib: “Çünki onlar sabit oyun üslubuna malik idilər. UEFA Konfrans Liqasında məğlub olmalarına baxmayaraq, pis oyun göstərməmişdilər. Açıq şəkildə görünür ki, yeni transferlər indiki məqamda komandadan gedənlərin boşluğunu doldura bilmirlər. Amma qarşıdakı matçlarda necə olacaq, bunu zaman göstərəcək. Futbol elədir ki, iki turdan sonra hər şey öz axarına düşə bilər. İstənilən komandada yeni gələn futbolçulara uyğunlaşmaq üçün vaxt lazımdır”.

“Kəpəz”in “Neftçi”yə qalib gəldiyini və “Qarabağ”la heç-heçə etdiyini xatırladan Cahangir Həsənzadə konkret fikir bildirmək üçün birinci dövrənin sonunu gözləməyi məsləhət görüb: “İlk dörd tura əsasən demək olar ki, çempionat olduqca gərgin başladı. Bəzi komandaların heyəti tam formalaşmamışdı, bəziləri hazırlıq dövrü keçirdilər. Xüsusən də, “Kəpəz”in çox “silah-sursatı” olmasa da, güclü rəqiblərlə “döyüşməyi” və onlardan xal almağı bacarır. Məncə, birinci dövrədən sonra komandaların gücləri, oyun üslubları, turnir cədvəlindəki perspektivləri ilə bağlı ilkin rəy bildirmək olacaq”.

Qeyd edək ki, hazırda “Zirə” 12 xalla turnir cədvəlinə başçılıq edir. “Qarabağ” və ehtiyatında bir oyun olan “Sumqayıt”ın hesabında 7 xal var.

Futbol
“Qalatasaray” PSJ-dən Mauro İkardini sıralarına qatıb

“Qalatasaray” PSJ-dən Mauro İkardini sıralarına qatıb

Futbol
La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

Futbol
ABŞ millisinin 6 futbolçusu ilin rəmzi “11-liy”inə düşüb

ABŞ millisinin 6 futbolçusu ilin rəmzi “11-liy”inə düşüb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Futbol
Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

Futbol
De Byazi: "AFFA ilə müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm"

De Byazi: "AFFA ilə müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm"

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" güclü komandadır"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" güclü komandadır"

Futbol
Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər

Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər

Futbol
Avstraliya Tunisə qalib gəlib

Avstraliya Tunisə qalib gəlib

Futbol
DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri