Ağasəlim Mircavadov: "Qarabağ"dan qələbə gözləyirəm, ancaq arxayınlaşmamalıyıq"

Ağasəlim Mircavadov: "Qarabağ"dan qələbə gözləyirəm, ancaq arxayınlaşmamalıyıq"

"Qarabağ"dan gözləntim qələbə və qrup mərhələsinə vəsiqə qazanmaqdır. Birinci qarşılaşmada çox yaxşı nəticə əldə etdik. Cavab matçında isə arxayınlaşmamalıyıq. Komanda üzvləri də bunu bilirlər".

Bunu "QELEBE.AZ"a açıqlamasında əməkdar məşqçi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan təmsilçisinin Bakıda Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

76 yaşlı mütəxəssis "köhlən atlar"a uğurlar arzulayıb: "Görüşə yaxşı köklənmək və UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq lazımdır. Yalnız komandanın Çempionlar Liqasında olmamasına görə təəssüflənirəm. "Rakuv"un bu turnirdə "Kopenhagen"ə qarşı Polşada keçirilən ilk matçına baxdım. Onlar elə də güclü deyillər. Bizimlə dueldə səhv həlledici rol oynadı. Rəqib tələsmədi və "Qarabağ"ın səhvlərindən yararlandı. Bu da vacib amildir".

Mircavadov Ağdam klubunun qrup mərhələsində də uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb: "Əsas odur ki, "Qarabağ"ın Avropada və Azərbaycan Premyer Liqasında oynamaq üçün geniş heyəti var. Qrupda hansı rəqiblərin düşəcəyi məni maraqlandırmır. Bizi əsas "Qarabağ"ın özü maraqlandırmalıdır. Hər qarşılaşmaya böyük motivasiya lazımdır".

Qeyd edək ki, Azərbaycan təmsilçisi Lyublyanada rəqibini 2:0 hesabı ilə üstələyib. Avqustun 31-də baş tutacaq "Qarabağ" - "Olimpiya" oyunu saat 20:00-da start götürəcək.

Futbol
"Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib

"Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Futbol
Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Futbol
"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

"Neftçi" "İnter, "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

Futbol
La Liqa: "Real Madrid" mövsümün ilk məğlubiyyətini alıb

La Liqa: "Real Madrid" mövsümün ilk məğlubiyyətini alıb

Futbol
"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

Futbol
Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Futbol
Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Futbol
İcra başçısı stadion məsələsində "Kəpəz"ə dəstək olacaq

İcra başçısı stadion məsələsində "Kəpəz"ə dəstək olacaq

Futbol
Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”

Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”

Futbol
Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Futbol
“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib