Azərbaycanın hakim-inspektoru Gürcüstan millisinin oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev təyinat alıb.
"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan – Cəbəllütariq oyununda iş başında olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da Gürcüstanın Kutaisi şəhərindəki “Şengeliaya Arena”da gerçəkləşəcək.

https://qalaba.az//uploads/photo/azerbaycanin-hakim-inspektoru-gurcustan-millisinin-oyununa-teyinat-alib.webp











