Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

"Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilmiş yeniyetmələr arasında dünya çempionatında qızıla bərabər gümüş medal qazanmağımız artıq ciddi uğurdur".

Bunu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Rövşən Rüstəmov deyib.

O bildirib ki, 24-28 avqust tarixlərində Sarayevoda keçirilmiş yeniyetmələrin dünya çempionatında qazanılan uğur bir günün nəticəsi deyil: "Bunun üçün uzun müddətli hazırlıq keçilmişdi. Qısa müddətli hədəfimizdə dünya çempionatı, uzun müddətli hədəfimizdə isə Parisdə keçiriləcək Olimpiya Oyunlarında medallar qazanmaq var. Daşkənddəki dünya çempionatından böyük gözləntilərimiz var. Bunun üçün artıq bir neçə aydır hazırlıqlar keçir. Milli komanda bunun üçün Azərbaycanın Göygöl rayonunda və Gürcüstanda təlim-məşq toplanışında olub. Həm baş məşqçimiz Riçard Trautman, həm də performans direktorumuz Mark van der Ham bu uğurun əldə olunması üçün çalışır".

Rövşən Rüstəmovun sözlərinə görə, ACF idmançıların təkcə texniki və taktiki yöndə hazırlaşması üçün yox, həm də nizamlı olması üçün də iş görür: "Biz cüdoya təkcə idman növü kimi baxmırıq. Cüdo həm də bizim üçün ciddi analitik təhlil aparmaq üçün bir obyektdir. Yaxınlarda biz yeni proqram təminatının istifadəsinə başladıq. İdmançıların bütün yarışları videolent vasitəsilə ciddi təhlil olunur və bizim baş məşqçilərə cüdoçuların harada səhv etməsi barədə tövsiyələr verir. Eyni zamanda federasiya olaraq klubların lisenziyalaşdırılmasını yaxın zamanlarda həyata keçirməyi planlaşdırırıq. Azərbaycanda 100-dən artıq cüdo klubu var ki, onların yenidən lisenziyalaşdırılmasına ehtiyac var. Valideynlər övladlarını hansı müəllimin ixtiyarına verdiyini bilmək istəyir. Həm məşqçilərin, həm də hakimlərin yenidən sertifikasiyadan keçməsi üzərində çalışırıq. Ümid edirik ki, ilin sonunadək bütün bu işləri yekunlaşdıracağıq".

Federasiyanın vitse-prezidenti Azərbaycan cüdosunun 50 illiyi münasibəti ilə silsilə tədbirlərin olacağını bildirib: "Həmin tədbirlər planı üzərində çalışırıq. Noyabr ayında Bakıda "Böyük Dəbilqə" turniri keçiriləcək. Həmin tədbir çərçivəsində Azərbaycan cüdosunun 50 illiyinə həsr olunan silsilə tədbirlər olacaq".

Fərdi
Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Fərdi
Avropa Kuboku: Azərbaycan komandalarının növbəti görüş üçün heyətləri bəlli olub

Avropa Kuboku: Azərbaycan komandalarının növbəti görüş üçün heyətləri bəlli olub

Fərdi
Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Fərdi
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Fərdi
Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Fərdi
"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

Fərdi
Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

Fərdi
Azərbaycan gimnastı Almaniyada qızıl medal qazanıb

Azərbaycan gimnastı Almaniyada qızıl medal qazanıb