Ziya Rəcəbov: “Məşqçi seçimində gecikmə Avropa çempionatında öz sözünü dedi” - MÜSAHİBƏ

Ziya Rəcəbov: “Məşqçi seçimində gecikmə Avropa çempionatında öz sözünü dedi” - MÜSAHİBƏ

Qadın voleybolçular arasında keçirilən Avropa çempionatının finalında Serbiya üzərində 3:2 hesablı qələbə qazanan Türkiyə yığması qitənin ən güclüsü adına yiyələnib.

Türkiyə ilə eyni qrupda yer alan Azərbaycan millisi isə ümidləri doğrultmayıb. Ataman Güneyligilin kollektivi C qrupunda keçirdiyi oyunların ikisində qələbə qazanıb, üç dəfə meydanı məğlub tərk edib.

Yekunda komanda 5 xalla beşinci yeri tutaraq, Avropa çempionatı ilə erkən vidalaşıb.

Azərbaycanlı məşqçi Ziya Rəcəbov “Report”a müsahibəsində həm qitə birinciliyindəki mübarizəyə toxunub, həm də Azərbaycan millisinin uğursuz çıxışına münasibət bildirib.

- Başa çatan Avropa çempionatı ilə bağlı nə deyə bilərsiniz?
- Avropa çempionatı bir az zəif keçdi. Rusiyanın yarışda iştirak etməməsi öz sözünü dedi. Mənə ən xoş gələn komanda Niderland oldu. Çünki orta sahə voleybolçuları ilə çox oynayırdılar.

- Bəs hansı komandanın çıxışına təəccübləndiniz?
- Məni daha çox təəccübləndirən komanda İtaliya oldu. Onların baş məşqçisinin voleybolçularla problemi var idi. Bunu da üz cizgilərindən görmək olardı.

- İki gün əvvəl finalda Türkiyə ilə Serbiya yığmaları üz-üzə gəldilər. Maraqlıdır ki, hər iki komandanın baş məşqçisi italiyalı idi. Bu amilin həlledici matça nə kimi təsiri oldu?
- Türkiyə millisinin baş məşqçisi Daniele Santarelli ilə Serbiya yığmasına rəhbərlik edən Covanni Quidettinin finalda üz-üzə gələcəkləri sanki öncədən yazılmış qanun idi. Həlledici görüş barədə proqnoz vermək çox çətin idi. Serbiya yığması da güclü komanda idi. Sanki Serbiyadan Tiyana Boşkoviçlə Türkiyə yığmasından Melissa Varqasın “döyüşü” idi. Bu “döyüşdə” də Varqas qalib gəldi.

- Azərbaycan millisi isə yer aldığı C qrupunda 5 xalla 5-ci yeri tutdu və turnirlə erkən vidalaşdı. Bu uğursuz çıxışı nə ilə əlaqələndirmək olar?
- Millimiz təlim-məşq toplanışına gec başlamışdı. Tez başlamaq üçün də hansısa turnir yox idi. Federasiyada rəhbər dəyişikliyi və məşqçi seçimində gecikmələr bəlkə də öz sözünü dedi. Qızlar tam hazır deyildilər, sistem oturmamışdı.

- Uğur qazanmaq üçün nə etmək lazımdır?
- Məncə, yaxın beş ildə nəsə gözləməyə dəyməz. Ən azı yerli oyunçular yetişməlidir. Federasiyanın bununla bağlı cəhdləri təqdirəlayiqdir. Aşağı yaş qrupları ilə işləmək üçün məşqçilər gətirilib. Əvvəllər “Rabitə”nin ölkə xaricindən gətirdiyi oyunçular Azərbaycan millisinin özəyini təşkil edirdilər.

- Siz milliləşmənin tərəfdarısınız?
- Güclü voleybolçuları milliləşdirmək yaxşıdır. İndi bütün dünyada milliləşdirilmə prosesi gedir. Türkiyə yığmasından Varqası buna nümunə göstərə bilərəm. Bütün ölkələrin federasiyaları milliləşdirməyə üstünlük verirlər ki, yığmaları güclənsin.

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Komanda
Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Komanda
“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək