Vüsal İsgəndərli: "Buradan daha yaxşı yerlərə gedəcəyimə inanıram" - MÜSAHİBƏ

Vüsal İsgəndərli: "Buradan daha yaxşı yerlərə gedəcəyimə inanıram" - MÜSAHİBƏ

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" klubunda ilk qolunu vurub.

28 yaşlı vinger "Kukesi"yə 4:0 hesabı ilə qalib gəldikləri çempionatın II turunun matçında fərqlənib.

Daha əvvəl Azərbaycan millisinin də formasını geyinmiş oyunçu "Report"un suallarını cavablandırıb.

- Artıq iki aydır ki, Albaniyadasınız. Uyğunlaşma prosesinin geridə qaldığını deyə bilərik?

- Bəli. Kluba, oyunçulara, şəhərə çox yaxşı uyğunlaşmışam. Əlbəttə, komanda yoldaşlarımın da çox böyük köməyi oldu. Mənə hər zaman dəstək oldular. Onlara təşəkkür edirəm.

- Çempionatın səviyyəsi necədir? Bizim Premyer Liqa ilə müqayisə oluna bilərmi?

- Əslində, mənə Türkiyənin "Keçiörəngücü" klubunda çıxış edəndə bu sual daha çox ünvanlanırdı. Amma həmin vaxt da eyni cavabı vermişdim. Çempionatları müqayisə etməyi xoşlamıram.

- Artıq liqada ilk qolunuzu da vurdunuz. Təəssüratlarınız necədir?

- Bu, çox xoş bir haldır. Ötən turun "Skenderbeu" ilə matçında da qol vurmağa yaxın oldum. Amma alınmadı. Qismət, bu qarşılaşmada fərqləndim. Əlimdən gələni edib daha çox qol vurmaq istəyirəm. Hədəflərim var və inanıram ki, buna çatacağam.

- "Eqnatiya" bu mövsüm nəyə nail ola bilər?

- Ən azı UEFA Konfrans Liqasına vəsiqə qazanmaq niyyətindəyik. Amma bizim çempionluğa namizəd və titul üçün oynaya biləcək kollektivimiz var.

- Azərbaycan millisinin növbəti oyunlar üçün açıqlanan heyətindən kənarda qaldınız. Dəvət gözləyirdiniz?

- Milli komanda haqqında heç nə demək istəmirəm.

- Ümumiyyətlə, yenidən çağırılacağınıza ümid edirsiniz? Qarşıdakı hədəfləriniz nədir?

- Yığma barədə danışmaq istəmirəm. Klubla bağlı hədəflərim var. Özümə güvənirəm. Buradan daha yaxşı yerlərə gedəcəyimə inanıram.

Futbol
Çempionlar Liqası: Messi şəxsi rekordunu yeniləyib

Çempionlar Liqası: Messi şəxsi rekordunu yeniləyib

Futbol
Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Futbol
Ronaldo ilə Messi “All-Star” matçında üz-üzə gələcək

Ronaldo ilə Messi “All-Star” matçında üz-üzə gələcək

Futbol
DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

Futbol
"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

Futbol
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Futbol
Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Futbol
DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

Futbol
Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Futbol
"Qarabağ" komandası 3 rekorda imza atıb

"Qarabağ" komandası 3 rekorda imza atıb