Reziuan Mirzov: “Neftçi”yə gəlmək mənim üçün prioritet idi”

Reziuan Mirzov: “Neftçi”yə gəlmək mənim üçün prioritet idi”

“Neftçi”yə gəlmək mənim üçün prioritet idi”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Reziuan Mirzov klubun televiziyasına açıqlamasında deyib.

Rusiyalı futbolçu səmimi qarşılanmaya görə Bakı təmsilçisinin rəhbərliyinə təşəkkürünü bildirib: “Deyə bilərəm ki, bu keçid gözlənilməz və sürətli oldu. Çünki klub həqiqətən də mənimlə maraqlanırdı. Rəhbərlik transferi qısa zamanda reallaşdırmaq üçün, demək olar ki, hər şeyi etdi. Çox xoş təəssüratlarım var. Çünki “Neftçi” ənənələrə malik böyük klubdur. Dərhal qərar verdim ki, buraya gəlməliyəm”.

30 yaşlı yarımmüdafiəçi “Neftçi” barədə öncədən məlumatlı olduğunu söyləyib: “Açığı, “Neftçi”yə keçməklə bağlı heç kimlə məsləhətləşməmişəm. “Spartak”da çıxış edəndə Avstriyadakı təlim-məşq toplanışında “Neftçi” ilə oynamışdıq. Elə orada Emin Mahmudovla “Neftçi” barədə danışmışdım. Solomon Kverkveliya da burada oynayırdı. Onu tanıyıram, mənə komanda haqqında bir az danışmışdı”.

Mirzov rəqabətdən çəkinmədiyini sözlərinə əlavə edib: “Rəqabət səni artırmağa və inkişafa vadar edir. Bütün komandalarda rəqabət var. Düşünürəm ki, bu, yaxşı haldır. Sadəcə, özünü təsdiq etmək və işləmək lazımdır”.

Hücumameyilli oyunçu legioner həyatı yaşamaq istədiyi üçün “Neftçi” variantına ilk gündən isti yanaşdığını vurğulayıb: “Düzünü desəm, əvvəlki klubumla müqaviləmin müdəti başa çatdığı üçün özümü Rusiyada deyil, xaricdə sınamaq qərarına gəldim. Rusiyada 10 il yaxşı səviyyədə oynamışam. Ona görə də düşündüm ki, indi deyilsə, bəs nə vaxt? Nəticədə bura gəlmək qərarını verdim”.

Reziuan sonda klubun azarkeşlərini sevindirmək üçün əlindən gələni edəcəyini deyib: “Bütün azarkeşlərə və özümüzə arzu edirəm ki, klub rəhbərliyinin qarşımıza qoyduğu tapşırıqları yerinə yetirək. Komandanın ənənələrinə uyğun gələn yüksək göstəricilərlə azarkeşləri şad edək. Onları oyunumuzla, nəticələrimizlə sevindirək və birlikdə bizdə hər şey uğurlu alınsın”.

Qeyd edək ki, son klubu Rusiya “Ximki”si olan Reziuan Mirzov “Neftçi” ilə 1 illik müqavilə bağlayıb.

Futbol
“Qalatasaray” PSJ-dən Mauro İkardini sıralarına qatıb

“Qalatasaray” PSJ-dən Mauro İkardini sıralarına qatıb

Futbol
"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

Futbol
Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salındı

Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salındı

Futbol
Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Futbol
Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini qova bilər

Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini qova bilər

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

Futbol
Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Futbol
Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Futbol
Qazaxıstan yığmasının 6 futbolçusu Azərbaycanla matçdan öncə heyətdən çıxarılıb

Qazaxıstan yığmasının 6 futbolçusu Azərbaycanla matçdan öncə heyətdən çıxarılıb

Futbol
"Qəbələ"nin legioneri: "Hər dəfə qələbə qazanmaq mümkün olmur"

"Qəbələ"nin legioneri: "Hər dəfə qələbə qazanmaq mümkün olmur"

Futbol
Barış Şimşek azərbaycanlı hakimlərə seminar keçir

Barış Şimşek azərbaycanlı hakimlərə seminar keçir