Azərbaycan millisinin baş məşqçisi: “Məqsədimiz qrupdan çıxmaq olacaq”

Azərbaycan millisinin baş məşqçisi: “Məqsədimiz qrupdan çıxmaq olacaq”

“Məqsədimiz ilk olaraq qrupdan çıxmaq olacaq”.

Bunu “QELEBE.AZ”a açıqlamasında çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov İtaliyanın Alqero şəhərində təşkil olunacaq Avropa Superfinalı ilə bağlı danışarkən deyib.

Mütəxəssis növbəti mərhələyə vəsiqə qazanmaq üçün qrupda iki qələbənin onlara kifayət edəcəyini bildirib: “Düzdür, qarşımıza konkret hədəf qoyulmayıb. Ancaq özümüz qrupdan çıxmaq istəyirik. Düşünürəm ki, iki oyunda qələbə qazansaq, bunu həyata keçirmiş olarıq. Çünki qrupda ilk iki yeri tutacaq komandalar növbəti mərhələyə adlayacaqlar”.

Z.Zeynalov yer aldıqları qrupdakı rəqibləri dəyərləndirib: “İndi zəif komanda yoxdur. İsveçrənin gücünə hamı bələddir, onlar favoritlərdəndirlər. Türkiyə yığması da yaxşı komandadır. Rumıniya isə ortabablardan sayılır. Bütün rəqibləri dəyərləndirmək, onlara qarşı ciddi hazırlaşmaq lazımdır”.

Baş məşqçi Avropa Superfinalına hazırlığın normal qaydada davam etdiyini bildirib. O, heyətlə bağlı ciddi problemlərinin olmadığını, lakin ardıcıl üçgünlük oyun təqviminin yorğunluğa yol açacağını vurğulayıb: “Gündə bir dəfə məşq edirik. Heyətlə bağlı ciddi problemimiz yoxdur. Bir-iki zədəli oyunçumuz var. Turnirə qədər sağalacaqlarını güman edirik. Yarışda ardıcıl hər gün oynamaq futbolçularda yorğunluq yarada bilər. Həmçinin onların bərpa olunmaları da var. Ancaq həmişə belə olur. Bu təkcə bizə yox, hər kəsə aiddir”.

Qeyd edək ki, Azərbaycan millisi turnir çərçivəsində sentyabrın 19-da Türkiyə, 20-də Rumıniya, 21-də isə İsveçrə ilə qarşılaşacaq.

Futbol
Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Futbol
Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

Futbol
"Qarabağ" dünya reytinqində geriləyib

"Qarabağ" dünya reytinqində geriləyib

Futbol
Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Futbol
"Qəbələ"nin legioneri virusa yoluxub

"Qəbələ"nin legioneri virusa yoluxub

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Futbol
"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

Futbol
Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Futbol
Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib

Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib

Futbol
Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Futbol
"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

Futbol
Braziliyalı futzalçı: "Azərbaycan millisinin formasını fəxrlə geyinirəm"

Braziliyalı futzalçı: "Azərbaycan millisinin formasını fəxrlə geyinirəm"