Azərbaycan millisi tarixində 5-ci dəfə Belçika ilə qarşılaşacaq - STATİSTİKA

Azərbaycan millisi tarixində 5-ci dəfə Belçika ilə qarşılaşacaq - STATİSTİKA

Azərbaycan millisi sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsində Belçika yığmasını qəbul edəcək.

“QELEBE.AZ”un məlumatına görə, bu, komandaların tarixi ərzində 5-ci dueli olacaq.

Millimiz AVRO-2008 və AVRO-2012-nin seçmə mərhələlərində “qırmızı şeytanlar”la eyni qrupda yer alıb. Hər iki tsiklin Belçikada baş tutan qarşılaşmasında meydan sahibləri 3 top fərqi ilə qalib gəliblər.

Tərəflərin Bakıda ilk dueli 2007-ci il noyabrın 21-nə təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaqlar ikinci hissədə vurduqları yeganə qol sayəsində 3 xalı hesablarına yazdırıblar. Həmin vaxt yığmamız 5 xalla qrup sonuncusu olmuşdusa, Belçika 8 komanda arasında 5-ci yeri tutmuşdu.

AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində “Tofiq Bəhramov”da keçirilən qarşılaşmada isə yığmamız rəqibi büdrətməyi bacarıb. 2011-ci il sentyabrın 2-nə təsadüf edən dueldə Rauf Əliyevin son dəqiqələrdə vurduğu qol Berti Foqtsun yetirmələrinə 1 xal qazandırmışdı. Bu həm də komandalar arasında keçirilən son görüş olub. Həmin vaxt 15 xalla qrup üçüncüsü olan Belçikanın final mərhələsinə vəsiqə qazanmasını əngəlləyən səbəblərdən biri də məhz yığmamızla qarşılaşmada 2 xal itirməsi olub. Azərbaycan yığmasi isə 7 xalla 5-c yeri tutub.

12 il əvvəl baş tutan həmin duelin iştirakçıları olan Yan Vertongen və Romelu Lukaku sentyabrın 9-da reallaşacaq oyunda da məşqçilər korpusunun sərəncamında olacaqlar. Azərbaycan yığmasının heyətində meydana çıxanlardan isə yalnız Vurğun Hüseynov, Ruslan Abışov və Rahid Əmirquliyev hazırda karyeralarını davam etdirirlər. Ancaq onların heç biri yığmanın üzvü deyil.

Əsas milli ilə yanaşı, aşağı yaş qruplarından ibarət komandalarımız da müxtəlif vaxtlarda belçikalı həmyaşıdları ilə seçmə mərhələlərdə üz-üzə gəliblər. U-21 və U-17-nin güclü rəqib önündə ən böyük nailiyyəti bir dəfə heç-heçə etmək olub.

Klub səviyyəsində də Belçika təmsilçiləri Azərbaycan komandalarından üstün statistikaya malikdirlər. “Qarabağ” 3, “Neftçi” 2, “Qəbələ” isə 1 dəfə avrokuboklarda Belçika klublarına rəqib olub. Onlardan yalnız birində - 2008/2009 mövsümündə “Neftçi” İntertoto Kubokunda “Jerminal”ı üstələyib – 1:1, 1:0.

Əsas millilər arasında keçirilən oyunlar:

AVRO-2008-in seçmə mərhələsi
11.10.2006. Brüssel. Belçika – Azərbaycan 3:0
21.11.2007. Bakı. Azərbaycan – Belçika 0:1

AVRO-2012-nin seçmə mərhələsi
29.03.2011. Brüssel. Belçika – Azərbaycan 4:1
02.09.2011. Bakı. Azərbaycan – Belçika 1:1

Futbol
Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Futbol
Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər

Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər

Futbol
"Qəbələ"nin baş məşqçisi tezliklə Pro kateqoriyası alacaq

"Qəbələ"nin baş məşqçisi tezliklə Pro kateqoriyası alacaq

Futbol
“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlanıb

“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlanıb

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

Futbol
“Sokrates kuboku”nun ilk qalibi bilinib

“Sokrates kuboku”nun ilk qalibi bilinib

Futbol
"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

Futbol
Fransalı futbolçu: "Qarabağ"ın səhv addım atacağına ümid edirdik"

Fransalı futbolçu: "Qarabağ"ın səhv addım atacağına ümid edirdik"

Futbol
Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Futbol
"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

Futbol
Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Futbol
"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"