Belçika millisinin baş məşqçisi: “Həmişəkindən daha çox gərginəm”

Belçika millisinin baş məşqçisi: “Həmişəkindən daha çox gərginəm”

“Həmişəkindən daha çox gərginəm”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ərəfəsində mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis heyətdəki itkiləri vurğulayıb, xüsusən də Kevin De Bruynenin olmamasından narahatlığını dilə gətirib: “De Bruyneni birbaşa əvəz etmək mümkün deyil. Hətta onun yoxluğu “Mançester Siti”də də hiss olunur. Bizim üçün də eyni vəziyyətdir. Həmin mövqedə çıxış edəcək oyunçunun intensivliyi və kreativliyi çox vacib olacaq”.

38 yaşlı baş məşqçi hücumçu Romelu Lukakunun oyun praktikasından əziyyət çəkməsinə baxmayaraq, sabahkı görüşdə iştirak edəcəyini söyləyib: “Ancaq 90 dəqiqə meydanda olacağına inanmıram. Buna hələ hazır deyil”.
O, meydanın durumuna çox fikir vermədiklərini vurğulayıb: “Şərtləri olduğu kimi qəbul etmək lazımdır. Yaxşı ki, bura tez gəldik. Söhbət təkcə meydanın durumundan deyil, paltardəyişmə otağından da gedir. Ancaq meydandan kənardakı məsələlərə diqqət ayırmağa ehtiyac yoxdur. Bu məsələni özümüz daxildə müzakirə etdik”.

Tedesko Azərbaycan millisinin təhlükəli komanda olduğunu söyləyib: “İndidən bizim final mərhələsinə vəsiqə qazandığımızı qeyd edirlər. Məncə, bu, düzgün deyil. Azərbaycan İsveçə 0:5 hesabı ilə uduzsa da, birinci hissə tam fərqli keçmişdi. İlk qolu vursaydılar, nəticə fərqli olardı. Bizimlə oyunda da bu hal yaşana bilər. Rəqibin heyətində sol cinah oyunçusunu qeyd edərdim. Qollarda yaxından iştirak edə bilir”.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika matçı saat 17:00-da başlayacaq.

Futbol
"Qarabağ" "Nant"la oyunda bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib

"Qarabağ" "Nant"la oyunda bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib

Futbol
"Yuventus"un oyununda kütləvi dava düşüb

"Yuventus"un oyununda kütləvi dava düşüb

Futbol
Tomas Tuxel istefaya göndərilib

Tomas Tuxel istefaya göndərilib

Futbol
Avropa Liqası: "Qarabağ"ın hücumçusu birinci sırada, qapıçısı ilk "3-lük"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın hücumçusu birinci sırada, qapıçısı ilk "3-lük"də yer alıb

Futbol
Kvaratsxeliyanın evi qarət edilib, avtomobili oğurlanıb

Kvaratsxeliyanın evi qarət edilib, avtomobili oğurlanıb

Futbol
Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Futbol
Tərlan Əhmədovun "Kəpəz"in baş məşqçisi kimi təqdimatı olub

Tərlan Əhmədovun "Kəpəz"in baş məşqçisi kimi təqdimatı olub

Futbol
Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Futbol
“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Futbol
"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

Futbol
"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur