IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib

IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib

Ukrayna Boks Federasiyası İtaliyada keçirilən yeniyetmələr arasında Avropa çempionatında iştirakdan imtina edib.

Ukrayna Boks Federasiyasının rəhbəri Kiril Şevçenko “Report”un Şərqi Avropa bürosuna bildirib ki, hazırda İtaliyada keçirilən yeniyetmələr arasında Avropa çempionatından IBA-nın qeyri-adekvat, siyasi tələbinə görə iştirakdan imtina ediblər.

“IBA-nın prezidenti Umar Kremlyov buna qədər Rusiya Boks Federasiyasımın rəhbəri olub.  Bundan başqa, IBA-nı “Qazprom” (Rusiya şirkəti) maliyyələşdirir. Bu səbəbdən IBA prezidenti Umar Kremlyov və vitse-prezident Vladimir Prudiyusin Ukraynanın bu yarışda dövlət bayrağı ilə yox, ağ bayraq ilə çıxış etməsinə qərar verib" - K.Şevçenko vurğulayıb.

Onun sözlərinə görə, müharibə ilə əlaqədar Ukrayna İdman Nazirliyi gənclər və böyüklərdən ibarət komandalar istisna olmaqla, bütün milli komandaların maliyyələşdirilməsini dayandırıb: “Bu çətin dövrdə Boks Federasiyası sponsorla birlikdə 40 nəfərlik komandanın təchizatını həyata keçirməyə və İtaliyada keçirilən çempionata göndərməyə imkan tapıb. Bütün xərclərimizə baxmayaraq, yarışda iştirak etməkdən imtina etdik və komandamız hazırda geri qayıdır. Onların bu qərarı o deməkdir ki, IBA beynəlxalq idman təşkilatı yox, Rusiya təşkilatıdır. Hesab edirik ki, ölkə üçün belə çətin məqamda ultimatumların verilməsi və Ukrayna bayrağının çıxarılması bizim üçün qəbuledilməzdir”.

Federasiya rəhbəri bildirib ki, IBA-nın rəhbərliyi Ukraynanın səsini boğmağa çalışır: “Bir həftə əvvəl İrəvanda keçirilən Beynəlxalq Boks Assosiasiyasının seçkilərində iştirak etməyimə icazə verməyiblər. Həmin vaxt onlar saxta yolla Umar Kremlyovu yenidən bu qurumun prezidenti seçiblər. Buna görə məni düşmən hesab edirlər”.

K.Şevçenko məlumat verib ki, bununla bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşırlar.

Fərdi
UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib

UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib

Fərdi
Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Fərdi
Bakıda Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirilib

Bakıda Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirilib

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

Fərdi
Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Fərdi
Boks Paris olimpiadasının proqramından çıxarıla bilər

Boks Paris olimpiadasının proqramından çıxarıla bilər

Fərdi
Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Fərdi
Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

Fərdi
Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Niyaməddin Paşayev: "Mundiala yollanacaq hər bir taekvondoçu yaxşı formadadır"

Fərdi
Gənclər və İdman Nazirliyi Şağanda qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb

Gənclər və İdman Nazirliyi Şağanda qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb

Fərdi
Böyük Dəbilqənin qalibi olmuş Azərbaycan cüdoçusu: "Görüşlərin asan keçdiyini demək olmaz"

Böyük Dəbilqənin qalibi olmuş Azərbaycan cüdoçusu: "Görüşlərin asan keçdiyini demək olmaz"