Tedesko: İlk yarıda çoxlu problemlə qarşılaşdıq

Tedesko: İlk yarıda çoxlu problemlə qarşılaşdıq

“Xoşbəxtik ki, qalib gəldik. Əlbəttə ki, performans ürəkaçan deyildi”.

Apasport.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko deyib.

37 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib. O bildirib ki, matçın gedişində çətinliklər yaşayıblar: “Daha yaxşı ola bilərdi. İlk yarıda çoxlu problemlərlə qarşılaşdıq. Bu cür oyunlarda ikinci qolu vurmaq lazımdır ki, oyunu “öldürəsən”. Hər 2 hissədə də qol vurmaq lazım idi. Bundan sonra rəqibin ümidləri azalır".

- Azərbaycan millisi kifayət qədər şanslar yaratdı. Bu sizi narahat edir?
- Bəli, edir. Gərək baxaq ki, biz necə müdafiə olunduq, rəqib necə epizodlar yaratdı. Buna bu gecə baxacağıq ki, nəyi dəyişə bilərik. Dünən də demişdim ki, çox adama asan gəlirdi, rahat olacaq deyə düşünürdü. Meydança yaxşı deyildi. Azərbaycan millisi də futbol oynayırdı. Hər şeyin qarşısını almaq lazım deyil. Uzun toplarda çətinlik çəkdik. Qapıçımız da seyvlər etdik.

- Bir sıra epizodlarda futbolçulara rəqibə pressinq etməyə çağırırdız. Komandanın pressinqindən razı deyildiz?
- Təzyiq göstərə bilməməyimiz problem idi. Ötürmələr kifayət qədər olmayanda, rəqib pressinqdən çıxa bilir. Bunun üzərində işləmək lazımdır.

- Trossardın oyunundan razı qaldız?
- Çətin idi. Epizodlarda yaxşı hərəkətlər etdi. Qol vurmaq şansları da var idi.

Futbol
İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

Futbol
"Traktor" klubunun yeni baş məşqçisi bəlli olub

"Traktor" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

"Qəbələ"nin prezidenti: "Çətin rəqiblə düşmüşük"

Futbol
Azərbaycan çempionatlarında “transfer pəncərəsi” yanvarın 3-də açılacaq

Azərbaycan çempionatlarında “transfer pəncərəsi” yanvarın 3-də açılacaq

Futbol
"Şamaxı"nın əsas hücumçusu zədələnib

"Şamaxı"nın əsas hücumçusu zədələnib

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Futbol
Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Futbol
Niderland və Seneqal 1/8 finalda

Niderland və Seneqal 1/8 finalda

Futbol
Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Futbol
"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

Futbol
Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Futbol
Avropa klublarının Ronaldunun transferindən imtina etməsinin səbəbləri açıqlanıb

Avropa klublarının Ronaldunun transferindən imtina etməsinin səbəbləri açıqlanıb