Canni De Byazi: “Lukaku bizi daim təhlükədə saxladı”

Canni De Byazi: “Lukaku bizi daim təhlükədə saxladı”

“Lukaku bizi daim təhlükədə saxladı”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “tuttomercatoweb.com” saytına açıqlamasında Belçika yığmasının futbolçusu Romelu Lukakunun onlara qarşı oyununu dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis “Roma”nın yay fasiləsində heyətinə cəlb etdiyi hücumçunun çıxışını yüksək qiymətləndirib: “Lukaku hələ ideal formada deyil, amma böyüyür. Bizimlə görüşdə də bütün xüsusiyyətlərini göstərdi. Qapı qarşısında həmişə yaxşıdır. Yarımmüdafiədən dəstək verilsə, onu dayandırmaq çox çətin olar. Lukakunu reaktiv gördüm, meydanda xeyli vaxtı oldu. İndi sadəcə, müntəzəm oynamalıdır. Fiziki gücü var, tam forma yığandan sonra yırtıcı olacaq. “Roma” üçün əla transferdir, onlara belə hücumçu lazım idi. Lukaku Dibala ilə əla cütlük təşkil edəcək”.

Qeyd edək ki, “Dalğa Arena”da keçirilən Azərbaycan – Belçika matçında qonaqlar 1:0 hesablı qələbə qazanıblar.

Futbol
AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb

Futbol
Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb

Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb

Futbol
FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

Futbol
"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

Futbol
Azərbaycanda işləmiş baş məşqçi Belarus çempionu ilə müqavilə bağlayıb

Azərbaycanda işləmiş baş məşqçi Belarus çempionu ilə müqavilə bağlayıb

Futbol
Qurban Qurbanov: "Əsl kubok matçı idi"

Qurban Qurbanov: "Əsl kubok matçı idi"

Futbol
Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Futbol
AVRO-2024: Azərbaycan millisi qrupdakı bütün rəqibləri ilə daha əvvəl bir neçə dəfə qarşılaşıb

AVRO-2024: Azərbaycan millisi qrupdakı bütün rəqibləri ilə daha əvvəl bir neçə dəfə qarşılaşıb

Futbol
Merih Demiralın evi qarət olunub

Merih Demiralın evi qarət olunub

Futbol
Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək