“Qarabağ” MDB klublarının reytinq cədvəlinə başçılıq edir

“Qarabağ” MDB klublarının reytinq cədvəlinə başçılıq edir

“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində MDB məkanı klublarının siyahısına başçılıq edir.

“QELEBE.AZ” xəbər verir ki, dünyada 64-cü, Avropada isə 40-cı pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malikdir.

Qurban Qurbanovun yetirmələrinin hesabında 144,5 xal var. Ağdam təmsilçisini Ukrayna “Şaxtyor”u (Donetsk) izləyir. Adıçəkilən komanda dünya reytinqində 78-ci, Avropa sıralamasında isə 48-ci yerdədir. İlk “üçlüy”ü Ukraynanın digər təmsilçisi “Dnepr-1” (dünyada 105-ci, Avropada 65-ci) qapayır.

MDB məkanında Azərbaycanın reytinqdəki digər komandalarından “Sabah” 14-cü, “Neftçi” isə 16-cı pillədə yer alır.

MDB klublarının ilk “10-luğ”u:
1 (dünyada 64-cü). “Qarabağ” (Azərbaycan) – 144,5 xal
2 (78). “Şaxtyor” (Donetsk, Ukrayna) – 135,5
3 (105). “Dnepr-1” (Ukrayna) - 117,25
4 (108). “Şerif” (Moldova) - 115,5
5 (127). “Jalgiris” (Litva) – 106
6 (137). “Pünik” (Ermənistan) – 102,5
7 (170). RFS (Latviya) – 90
8 (204). “Urartu” (Ermənistan) – 80
9 (120). “Dinamo” (Kiyev, Ukrayna) – 79,5
10 (221). “Riqa” (Latviya) – 77

Avropa reytinqində “Qarabağ” 40-cı pilləyə yüksəlibsə, “Sabah” 173-cü, “Neftçi” isə 188-ci sırada özünə yer tapıb.

Türkiyə klublarından yalnız “Fənərbağça” “Qarabağ”dan öndədir. Hesabında 199,5 xal olan İstanbul nəhəngi 3 addım gerilərəyək, 16-cı pilləyə düşüb. Türkiyənin ən yaxşı göstəriciyə malik ikinci komandası “Qalatasaray” ilk “100-lüy”ə daxil olmağı bacarıb. “Cim-Bom” (125,5 xal) hazırda 94-cüdür.

Futbol
Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Futbol
"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

Futbol
Muxtar Babayev Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib

Muxtar Babayev Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib

Futbol
Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Futbol
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

Futbol
Samir Abasov: "Komandanın üzərində dəmir yumruq da olacaq"

Samir Abasov: "Komandanın üzərində dəmir yumruq da olacaq"

Futbol
“İmişli”yə texniki məğlubiyyət verilib

“İmişli”yə texniki məğlubiyyət verilib

Futbol
DÇ-2022: Kamerun-Serbiya qarşılaşmasında 6 qol vurulub

DÇ-2022: Kamerun-Serbiya qarşılaşmasında 6 qol vurulub

Futbol
Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Futbol
Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Futbol
İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

Futbol
Danimarka Tunislə bərabərə qalıb

Danimarka Tunislə bərabərə qalıb