Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, 25 avqustdan başlayan toplanış 3 sentyabradək davam edəcək.

Hazırlıq prosesinə Azərbaycanın kişi və gənc oğlanlardan ibarət yığma üzvləri ilə yanaşı, Belçika, İsrail, Niderland, Polşa, Özbəkistan və Tacikistanın aparıcı cüdoçuları da qatılıb.

120-dən artıq idmançının qatıldığı təlimlərdə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalib-mükafatçıları yer alıb.

Azərbaycan milli komandasının baş məşqçisi Riçard Trautman "Report"a bildirib ki, Göygöl toplanışı 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlıq baxımından çox böyük addımdır: "Beynəlxalq toplanışa bir çox ölkədən cüdoçular qatılıb. Mundial öncəsi güclü komandalarla işləmək bizim üçün vacibdir. Bu, həm belə bir böyük yarışa hazırlıq, həm də formaya düşmək baxımından önəmlidir. Niderland yığması artıq ikinci dəfədir ölkəmizdə hazırlıq keçir. Çox güclü heyətə malik Özbəkistanı və İsraili də qeyd edərdim. Belçika kiçik heyətlə - 4 idmançı ilə gəlsə də, hər biri güclüdür. Polşanın da səviyyəli komandası var. Bu hazırlıq prosesi Səudiyyə Ərəbistanı yığmasına da kömək edir. Şərait əladır, təlimlər yaxşı səviyyədə gedir".

Qeyd edək ki, toplanış 15 - 18 sentyabrda Çexiyanın paytaxtı Praqada təşkil olunacaq gənclər arasında Avropa çempionatı və 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatının rapid növündə qaliblər bəlli olub

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatının rapid növündə qaliblər bəlli olub

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

Fərdi
Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”

Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”

Fərdi
Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Fərdi
Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi
Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Fərdi
Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub