Şahin Diniyev oğlu haqqında: “Ötən mövsümdəki Coşqun deyil”

Şahin Diniyev oğlu haqqında: “Ötən mövsümdəki Coşqun deyil”

“Bir mütəxəssis kimi deyə bilərəm ki, Coşqun məni təəccübləndirdi. Ötən mövsümdəki Coşqun deyil”.

Bunu “Report”a müsahibəsində “Səbail”in baş məşqçisi Şahin Diniyev oğlu Coşqun Diniyevin Azərbaycan millisinin heyətində AVRO-2024-ün seçmə mərhələsində Belçikaya (0:1), yoldaşlıq görüşündə isə İordaniyaya (2:1) qarşı çıxışını dəyərləndirərkən deyib.

57 yaşlı mütəxəssis yay fasiləsində Türkiyənin “Ümraniyəspor” klubuna keçən 28 yaşlı yarımmüdafiəçinin performansından razı qalıb: “Daha inamlı, atletik, sərt futbol oynayan, tez düşünən Coşqun izlədim. Faydalı iş əmsalı daha çox idi. Belçika kimi komandanın orta sahədə dominantlıq edə bilməməsinin əsas səbəbkarları yığmamızın yarımmüdafiəçiləri idi. Oyunun taleyini həll etmək üçün də orta sahəni ələ keçirmək ilk şərtdir. Belçika yarımmüdafiədə rahat oynamadısa, onlara qarşı çıxış edən orta sahə oyunçularımızın əməyini yerə vurmaq olmaz”.

Ş.Diniyev oğlu üçün ikinci matçın daha uğurlu alındığını vurğulayıb: “Düşünürəm ki, Coşqun İordaniya ilə görüşü daha yaxşı keçirdi. Ümumi ansambldan heç də geri qalmadı, milliyə kömək etdi”.

Şahin Diniyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Futbol
"Qarabağ" - "Frayburq" oyunu başlayıb

"Qarabağ" - "Frayburq" oyunu başlayıb

Futbol
Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Futbol
Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Futbol
Canni De Byazi yenidən Albaniya yığmasına rəhbərlik edə bilər

Canni De Byazi yenidən Albaniya yığmasına rəhbərlik edə bilər

Futbol
"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

Futbol
“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

Futbol
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümə start verilib

Futbol
Avropa Liqası: Pley-offun püşkü atılıb

Avropa Liqası: Pley-offun püşkü atılıb

Futbol
Şota Arveladze istefaya göndərilib

Şota Arveladze istefaya göndərilib

Futbol
"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

Futbol
Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”

Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”