Azərbaycan millisinin baş məşqçisi: "Dünyanın sonu deyil, növbəti oyunlarda nəticə qazanmaq istəyirik"

Azərbaycan millisinin baş məşqçisi: "Dünyanın sonu deyil, növbəti oyunlarda nəticə qazanmaq istəyirik"

"Bu məğlubiyyət dünyanın sonu deyil. Qarşılaşmanı təhlil edəcəyik. Növbəti görüşlərdə keyfiyyətli oyun nümayiş etdirmək və nəticə qazanmaq istəyirik".

Bunu "QELEBE.AZ"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Serbiyaya 0:2 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə mərhələsinin matçı ilə bağlı danışarkən deyib.

44 yaşlı mütəxəssis səviyyəli və güclü rəqibə qarşı çıxış etdiklərini bildirib: "Serbiya reytinqdə də bizdən öndə olan kollektivdir. Buna baxmayaraq, oyunçularımız meydanda sona qədər mübarizə apardılar. Futbolda qalibiyyət kimi, məğlubiyyətlər də var. Mübarizə aparıb uduza da bilərsən. Biri də var ki, əllərini yana salırsan və rəqib səni "sürüyür".

Baş məşqçi görüşdə iki fərqli hissənin olduğunu diqqətə çatdırıb: "İlk dəqiqələrdə rəqibin sürətli oyununa görə çətinlik çəkdik. Buna baxmayaraq, serblərin oyundan qol vəziyyəti olmadı. Hər ikisini standart vəziyyətlərdən buraxdıq. Birində standart vəziyyətdən sonra başla fərqləndilər, digərində isə topu uzaqlaşdıra bilmədik, fərdi səhv və təcrübəsizliyin qurbanı olduq. Hər iki qolu da mərkəz müdafiəçisi vurdu. İkinci yarıda daha fəal oynadıq. Görüşün startında isə futbolçularda həyəcan hiss edilirdi. Bu da normaldır. U-21-dəki oyunçuların əksəriyyətinin Premyer Liqa təcrübəsi yoxdur. Bir çoxu Əvəzidicilər Liqasında çıxış edir. I Liqada olanlar da var və həmin yarış yeni başlayıb. Bunları bəhanə kimi demirəm və nəticəyə don geyindirmirəm. Uduzmuşuqsa, buna görə cavabdeh də mənəm. Amma döyüşərək məğlub olduğumuzu qeyd etməliyik. Çox olmasa da, hücumlara çıxırdıq. Rəqib isə həqiqətən güclü kollektiv idi. Birinci hissədə bütün komponentlərdə onlara uduzurduq".

Əliyev Azərbaycan Premyer Liqasında 21 yaşlı futbolçularla bağlı limitin aradan qaldırıldığını xatırladıb: "Daha əvvəl ən azı bir futbolçu meydana çıxırdısa, digəri ehtiyatda qalırdı. İndi isə çətinlik çəkirik. Çünki biz Premyer Liqanı yox, I Liqa və əvəzedicilərin turnirinə baxacağıq. Premyer Liqada 3-4 futbolçumuz var. Yaxşı və ya pis oynasalar da, istər-istəməz dəvət edirik. Oyunçu sarıdan korluq çəkirik, amma yenə vurğulamaq istəyirəm ki, bu, bəhanə deyil. Ustalıq səviyyəsi yüksək olan futbolçularımız olmasa da, ürəyi olan və meydanda canını qoyan oyunçularımız var".

Mütəxəssis sonda qrupdakı növbəti görüşlərdə xallar qazanmaq istədiklərini diqqətə çatdırıb: "Bu rəqiblə evdə də oyunumuz olacaq. Qrupumuz asan deyil. Qarşımıza qoyulan məqsəd hər matçda yaxşı nəticə qazanmaqdır. Bundan əlavə, 3-4 futbolçunu əsas komandaya göndərə bilsək, bu da nailiyyətdir. Artıq Emil Səfərov və Yusif İmanov əsas millidədirlər. Amma Serbiyanın U-21 komandasının heyətində əsas yığmada çıxış edənlər var. Bu da onu deməyə əsas verir ki, rəqib də qələbə qazanmaq istəyirdi. Oktyabrda reallaşacaq Şimali İrlandiya və Lüksemburqla ev qarşılaşmalarında məqsəd maksimum xal toplamaqdır".

Futbol
AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Futbol
İngiltərə yığmasının futbolçusu tarixə düşüb

İngiltərə yığmasının futbolçusu tarixə düşüb

Futbol
FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

Futbol
"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb

"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb

Futbol
İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Futbol
Klublar Komitəsinin növbəti iclası keçirilib

Klublar Komitəsinin növbəti iclası keçirilib

Futbol
“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

Futbol
Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

Futbol
Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Futbol
Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”

Kadi Borges: “Azərbaycanda yaşadıqlarım həyatımın ən çılğın və ən gözəl anlarından biri idi”

Futbol
Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"