“Araz-Naxçıvan” Fransanın U-21 yığmasının sabiq futbolçusunu transfer edib
“Araz-Naxçıvan” Fransanın U-21 yığmasının sabiq futbolçusu Aksel Nqandonu transfer edib.
Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Fransa vətəndaşı olan oyunçu artıq Bakıdadır.
Tibbi müayinədən keçən yarımmüdafiəçi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Onun son klubu Fransada “Qrenobl” olub.
Qeyd edək ki, 30 yaşlı hücumameyilli oyunçu müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. O, klub karyerasında ölkəsində “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində gücünü sınayıb.

https://qalaba.az//uploads/photo/araz-naxchivan-fransanin-u-21-yigmasinin-sabiq-futbolchusunu-transfer-edib.webp











