Millinin baş məşqçisi: “Dadaş Azərbaycanda ağırlıqqaldıranların lideridir”

Millinin baş məşqçisi: “Dadaş Azərbaycanda ağırlıqqaldıranların lideridir”

“Dadaş Azərbaycanda ağırlıqqaldıranların lideridir”.

“QELEBE.AZ” xəbər verir ki, bunu ağır atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Emil Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında bürünc medal qazanmasını dəyərləndirib. E.Əliyev bunu böyük uğur adlandırıb: “Dadaşın güclü rəqibləri var idi. Eyni çəkidə çıxış edənlər arasında olimpiya və dünya çempionları yer alırdı. Onlarla mübarizə aparmaq çox çətin idi. Buna baxmayaraq, Dadaş yaxşı nəticə göstərərək, öz sözünü deyə bildi. Ona növbəti yarışlarda da böyük ümidlər var”.

Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 180 kq, təkanlaqaldırmada 223 kq-ı ram edərək hər iki hərəkətdə bürünc medal əldə edib. Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.

Fərdi
Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər

Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər

Fərdi
Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Fərdi
Bədii gimnastlarımız “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər

Bədii gimnastlarımız “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər

Fərdi
BŞH velosiped zolağının inşası ilə bağlı açıqlama verib

BŞH velosiped zolağının inşası ilə bağlı açıqlama verib

Fərdi
AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

AKAF prezidenti: "Artıq suya girmək vaxtıdır"

Fərdi
Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Fərdi
Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb