Azərbaycan millisinin futzalçısı: "Qrup liderliyi üçün şansımız davam edir"

Azərbaycan millisinin futzalçısı: "Qrup liderliyi üçün şansımız davam edir"

"Qrup liderliyi üçün şansımız davam edir. Hətta 50-nin 50-yə olduğunu deyə bilərəm. Qazaxıstanı Bakıda yensək, mübarizə yenidən başlayacaq".

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin üzvü Everton Kardoso Bakıda Niderlanda 6:1 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələsinin oyunundan sonra deyib.

Qallo ləqəbli futzalçı Qazaxıstanla qarşıdakı matçın çox suallara aydınlıq gətirəcəyini bildirib: "Sonadək mübarizə aparacağıq. İndidən liderlikdən əlimizi üzdüyümüzü demək olmaz. Bu komandanın gücü, oyunu haqqında danışmaq artıq olar. Amma biz Bakıda fərqli oynayacağıq. Rəqib üçün burada meydana çıxmaq çətin olacaq. Onlar dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində oynayıblar. Lakin biz də zəif komanda deyilik. Əlbəttə, prioritet 3 xal qazanmaq olacaq. Çünki DÇ-nin final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Azarkeşlərə təşəkkür edirik, bu gün bizi dəstəklədilər. Onlardan Qazaxıstanla oyunda yenidən zala gəlməyi, dəstək verməyi istəyirik".

E.Kardoso Niderlandı məğlub etməkdən başqa seçimlərinin olmadığını diqqətə çatdırıb: "Azərbaycan millisi azarkeşləri önündə daha yaxşı oynayır. Düzdür, ilk matçdan məğlub döndük. Həmin qarşılaşmada da pis çıxış etməmişdik, sadəcə, epizodları dəyərləndirə bilmədik. Bu dəfə əksəriyyətini qola çevirməyi bacardıq. Nəticədə böyükhesablı qələbə qazandıq".

Futbol
“Çelsi” Tomas Tuxeli istefaya göndərib

“Çelsi” Tomas Tuxeli istefaya göndərib

Futbol
Seneqal - Niderland oyununda hesab açılıb  - YENİLƏNİB

Seneqal - Niderland oyununda hesab açılıb - YENİLƏNİB

Futbol
İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

Futbol
Azərbaycan millisinin hücumçusunun burnu sınıb: "Maska ilə oynamaq çətindir"

Azərbaycan millisinin hücumçusunun burnu sınıb: "Maska ilə oynamaq çətindir"

Futbol
İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

Futbol
"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

Futbol
"Qarabağ" "Qəbələ"ni, "Sabah" "Kəpəz"i sınağa çəkəcək

"Qarabağ" "Qəbələ"ni, "Sabah" "Kəpəz"i sınağa çəkəcək

Futbol
Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"

Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"

Futbol
Azərbaycanın FIFA referilərinin sırasına yenidən qadın hakim əlavə olunub

Azərbaycanın FIFA referilərinin sırasına yenidən qadın hakim əlavə olunub

Futbol
Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Futbol
"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

Futbol
Murad Musayev: "İlk hissədə öz oyunumuzu göstərə bilmədik"

Murad Musayev: "İlk hissədə öz oyunumuzu göstərə bilmədik"