"Qarabağ"ın prezidenti: "Avropanın yaxşı komandaları Bakıya gəlir və başıaşağı qayıdırlar"

"Qarabağ"ın prezidenti: "Avropanın yaxşı komandaları Bakıya gəlir və başıaşağı qayıdırlar"

"Bugünkü oyunumuz çox baxımlı alındı. Avropanın yaxşı komandaları Bakıya gəlir və başıaşağı qayıdırlar".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Norveç "Molde"sinə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner möhtəşəm qalibiyyət əldə etdiklərini bildirib: "Bu gün qələbə qazanmaq çox önəmli idi. Qurban müəllimlə danışmışdıq. Ona demişdim ki, zəfər ruhumuz oyunumuza təsir etməlidir. Taktiki cəhətdən hazırlıqlı idik. Bütün komandanı təbrik edirəm".

Tahir Gözəl rəqib qapıçının bir neçə dəfə qurtarış etdiyini xatırladıb: "Onu təbrik etmək lazımdır. Möhtəşəm toplar çıxarırdı. Əsas olan odur ki, biz 3 xalımızı aldıq. Amma ən azı üç qol vura bilərdik".

Klub prezidenti Avropa Liqasında iddialı olduqlarını vurğulayıb: "Bacardığımız qədər irəli gedəcəyik. Bu il daha da yaxşı formadayıq".

Futbol
Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Futbol
“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT VİDEO

“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT VİDEO

Futbol
Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Futbol
Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Futbol
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Futbol
Yunanıstanda azərbaycanlı azarkeşlər hücuma məruz qalıb - VİDEO

Yunanıstanda azərbaycanlı azarkeşlər hücuma məruz qalıb - VİDEO

Futbol
Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

Futbol
“Real” braziliyalı hücumçunun transferini razılaşdırıb

“Real” braziliyalı hücumçunun transferini razılaşdırıb

Futbol
"Qarabağ" dünya reytinqində geriləyib

"Qarabağ" dünya reytinqində geriləyib

Futbol
UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb

UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb

Futbol
Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Futbol
AFFA “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb

AFFA “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb