Kikboksinq üzrə Azərbaycan çempionatı və birinciliyinin açılış mərasimi keçirilib

Kikboksinq üzrə Azərbaycan çempionatı və birinciliyinin açılış mərasimi keçirilib

Bu gün kikboksinq üzrə XXVII Azərbaycan çempionatı və birinciliyinin təntənəli açılış mərasimi keçirilib.

"QELEBE.AZ" xəbər verir ki, Milli Məclisin Gənclər və İdman Komitəsinin deputatları, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, idman ictimaiyyətinin iştirakı ilə keçirilən açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə sükut elan edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Milli Məclisi Sədrinin müavini, Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev bugünkü qüdrətli Azərbaycanın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu, Ümummilli Liderin siyasəti xəttinin bütün sahələrdə layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib.

Ölkəmizdə ordu quruculuğuna, bədən tərbiyəsinə ayrılan yüksək diqqət və qayğı nəticəsində bu gün rəşadətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyində bizlərə qazandırmış olduğu tarixi qələbədən bəhs edən Adil Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə qanunsuz erməni silahlı dəstələrinə qarşı uğurla həyata keçirilmiş lokal xarakterli anti-terror tədbirləri ilə əlaqədar məlumat verib və 24 saatdan az vaxtda separatçıların bütün silahlarının sıradan çıxarıldığını və təslim olmaq məcburiyyətində qaldıqlarını vurğulayıb. Bildirib ki, məhz bu gün qazanılan uğurlara görə dövlət başçısına, rəşadətli ordumuza, xüsusən də bu yolda canını qurban verən şəhidlərimizə borcluyuq. Qələbəmizin memarları olan qəhrəmanlar Vətən yolunda canlarını fəda edərək, bizə tarixi qələbə bəxş ediblər.

Bu gün Azərbaycan Kikboksinq Federasiyasının 30 illiyinin təntənəli qeyd olunduğunu bildirən vitse-spiker qurumun keçdiyi tarixi yoldan bəhs edib.

Daha sonra çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev qurumun qazandığı uğurlardan, ölkəmizdə idman siyasətinə ayrılan yüksək diqqət və qayğıdan bəhs edib. Həmçinin yarışlar barədə məlumat verərək, qazanılan yüksək nəticələrdən danışıb.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov idman siyasətinin uğurlarından bəhs edərək, keçirilən bu qəbildən olan yarışları yüksək qiymətləndirib.

Açılış mərasimində Milli Məclisin Gənclər və İdman Komitəsinin millət vəkilləri Şahin İsmayılov, Etibar Əliyev, Mahir Abbaszadə, Könül Nurullayeva, Cavid Osmanov, Vüqar İskəndərov və Müşfiq Cəfərov iştirak ediblər.

Daha sonra yarışlara start verilib və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar.

Fərdi
Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Fərdi
Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Rusiya və Belarus boksçuları WBC reytinqlərindən kənarlaşdırılacaq

Fərdi
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Fərdi
Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Fərdi
Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Fərdi
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Fərdi
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Fərdi
Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Fərdi
Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Fərdi
Altay Həsənov: "Mehriban Əliyeva AGF-in prezidenti seçiləndən sonra uğurlu yolun əsası qoyuldu"

Altay Həsənov: "Mehriban Əliyeva AGF-in prezidenti seçiləndən sonra uğurlu yolun əsası qoyuldu"

Fərdi
Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb