“Neftçi”nin sabiq futbolçusu: “Avrokuboklarda “Qarabağ”a azarkeşlik edirəm”

“Neftçi”nin sabiq futbolçusu: “Avrokuboklarda “Qarabağ”a azarkeşlik edirəm”

“Qarabağ”ın oyunlarını izləyirəm və avrokuboklarda onlara azarkeşlik edirəm. “Qarabağ”a qrup oyunlarında uğurlar arzulayıram”.

Bunu “Report”a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Valeri Abramidze “Qarabağ”ın UEFA Avropa Liqasındakı çıxışına münasibət bildirərkən deyib.

Gürcüstan millisinin sabiq müdafiəçisi Ağdam klubunun son illərdəki uğurlu çıxışının səbəbini sabitlikdə görür: “Bu komandanın uzun illərdir bir rəhbərliyi var. Onlar illər öncə Qurban Qurbanovu baş məşqçi postuna gətirməklə komandada balans yarada bildilər. Qurbanovun gəlişindən sonra “Qarabağ” sabit oyun nümayiş etdirməyə başladı. Ardıcıl 10 ildir ki, avrokubokların qrup mərhələsinə vəsiqə qazanırlar. Bu uğurun əsas səbəbi sabitlikdir. Sabit oyun nümayiş etdirən komandalar nəticə əldə etməyi bacarırlar. Qurban Qurbanov ən çətin məqamlarda belə, səbrli davrandı və istəyinə çatdı. “Qarabağ”ın uğurlarında onun böyük zəhməti var. Qurbanova və komandasına “afərin” deyirəm”.

Qeyd edək ki, Valeri Abramidze 2005/2006, 2009/2010 mövsümlərində “Neftçi”də, 2006/2007 mövsümündə “Xəzər Lənkəran”da, 2010-2013-cü illərdə isə “İnter”də (indiki “Şamaxı”) çıxış edib.

Futbol
Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Futbol
“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

Futbol
“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

Futbol
Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Futbol
UEFA prezidenti: "Superliqa layihəsi ortaya çıxanda zəng vurub hədə-qorxu gəlirdilər"

UEFA prezidenti: "Superliqa layihəsi ortaya çıxanda zəng vurub hədə-qorxu gəlirdilər"

Futbol
İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

Futbol
Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Futbol
“İmişli”yə texniki məğlubiyyət verilib

“İmişli”yə texniki məğlubiyyət verilib

Futbol
Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Futbol
Çempionlar Liqası: "Bavariya" və "Napoli"dən darmadağın, "Barselona" uduzub

Çempionlar Liqası: "Bavariya" və "Napoli"dən darmadağın, "Barselona" uduzub

Futbol
"Neftçi"nin sabiq futbolçusu cəza aldığı üçün özünü partlatmaq istəyib

"Neftçi"nin sabiq futbolçusu cəza aldığı üçün özünü partlatmaq istəyib

Futbol
İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"