"Neftçi"nin legioneri: "Turan Tovuz"la oyun çətin olacaq, amma qələbə üçün səfərə yollanmışıq"

"Neftçi"nin legioneri: "Turan Tovuz"la oyun çətin olacaq, amma qələbə üçün səfərə yollanmışıq"

"Bizi çətin qarşılaşma gözləyir. Amma qalib gəlmək və üç xalı qazanmaq üçün səfərə yollanmışıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Kenni Sayef səfərdə "Turan Tovuz"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının VIII tur oyunu ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi bütün diqqətlərini bu görüşə yönəltdiklərini bildirib: "Hamımız tam köklənmişik. Daha sonra irəli baxacağıq. Düşünürəm ki, biz tam hazırıq".

Sayef Tovuz şəhər stadionun ot örtüyünün süni olması barədə fikirlərini bölüşüb: "Bu, "Turan Tovuz"a qarşı çıxış edən hər komanda üçün problemdir. 6-7 saatlıq yol qət edəndən sonra süni ot üzərində oynamaq elə də asan deyil".

Yarımmüdafiəçi son olaraq cəza səbəbindən bu matçda iştirak etməyəcək Yuri Matiasın komanda üçün vacib futbolçu olduğunu vurğulayıb: "Amma inanıram ki, bu rəqibə qarşı meydana çıxacaq oyunçular öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Çünki biz "Neftçi"də oynayırıq. Hər kəs tam gücü ilə mübarizə aparmağa çalışacaq".

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşü saat 16:00-da start götürəcək.

Futbol
Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"

Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Futbol
Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Futbol
Messi sentyabrda Birinci Liqada ən yaxşı oyunçusu seçilib

Messi sentyabrda Birinci Liqada ən yaxşı oyunçusu seçilib

Futbol
UEFA "Qarabağ"la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

UEFA "Qarabağ"la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

Futbol
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Futbol
"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

Futbol
Tərlan Əhmədov: “Futbolçularda geriləmə var”

Tərlan Əhmədov: “Futbolçularda geriləmə var”

Futbol
Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş

Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş

Futbol
Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Futbol
Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Futbol
La Liqa klubu baş məşqçisini istefaya göndərib

La Liqa klubu baş məşqçisini istefaya göndərib