Azərbaycanın evsahibliyi etdiyi kəmər güləşi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Azərbaycanın evsahibliyi etdiyi kəmər güləşi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Azərbaycanın evsahibliyi etdiyi kəmər güləşi üzrə 3-cü Avropa çempionatının açılış mərasimi keçirilib.
“QELEBE.AZ”un məlumatına görə, tədbir yarışın təşkil olunduğu Milli Gimnastika Arenasında reallaşıb.
Mərasimdə təşkilatçı və dəstəkçi qurumların nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.
İlk olaraq iştirakçı komandaların dövlət bayraqları zala gətirilib. Sonra söz Beynəlxalq Kəmər Güləşi Federasiyasının baş katibi Xabir Xabibullinə verilib. O, evsahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib, idmançılara uğurlar arzulayıb.
Ardından öz təəssüratlarını bölüşən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev 16 ildən sonra bu idman növü üzrə Avropa çempionatının Bakıda keçirilməsinə sevindiyini söyləyib: "Azərbaycan qeyri-olimpiya, xüsusən də ənənəvi idman növlərinə diqqət yetirir. Ənənəvi idman növləri ölkəmizdə get-gedə daha da inkişaf edir. Əminəm ki, budəfəki Avropa çempionatının da təşkilatçılığı yüksək səviyyədə olacaq".
Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonda nümunəvi çıxışlar tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Kəmər Güləşi Federasiyası, Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilən qitə birinciliyi oktyabrın 4-dək davam edəcək. Yarış zamanı atletlər sərbəst və klassik üslublarda bütün çəki dərəcələri üzrə mübarizə aparırlar.

Fərdi
“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar

Azərbaycan karateçiləri dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar

Fərdi
Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

Fərdi
Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Fərdi
Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Fərdi
Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Fərdi
Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Fərdi
Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib