Premyer Liqa: "Qarabağ" səfərdə "Neftçi"yə qalib gəlib - YENİLƏNİB

Premyer Liqa: "Qarabağ" səfərdə "Neftçi"yə qalib gəlib - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, IX turun sonuncu oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.

"Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. İlk qolu 46-cı dəqiqədə Olavio Juninyo vurub. 88-ci dəqiqədə Redon Cica adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "köhlən atlar" lider "Zirə"yə çatıb. "Ağ-qaralar" isə 12 xalla beşinci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Kəpəz"i 1:0 hesabı ilə yenib. IX turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

18:20

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ"ın start heyətləri bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 25. Aaron Olanare, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki.

Baş məşqçi: Adrian Mutu.

“Qarabağ”: 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, bu gün reallaşacaq matç saat 19:30-da start götürəcək.

Futbol
"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

Futbol
İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

Futbol
Rəşad Sadıqov: “Çox “ucuz qollar” buraxırıq”

Rəşad Sadıqov: “Çox “ucuz qollar” buraxırıq”

Futbol
Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Futbol
Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
"Qarabağ"ın oyun gününün dəyişdirilmə səbəbi açıqlanıb

"Qarabağ"ın oyun gününün dəyişdirilmə səbəbi açıqlanıb

Futbol
"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
KİV: Ronaldu “Napoli”-yə keçir

KİV: Ronaldu “Napoli”-yə keçir

Futbol
"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

Futbol
“Çelsi” Tomas Tuxeli istefaya göndərib

“Çelsi” Tomas Tuxeli istefaya göndərib

Futbol
"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib