Azərbaycan millisinin baş məşqçisi: “Daha yaxşı nəticə göstərə bilərdik”

Azərbaycan millisinin baş məşqçisi: “Daha yaxşı nəticə göstərə bilərdik”

“Düşünürəm ki, seçmə mərhələdə daha yaxşı nəticə göstərə bilərdik. Növbəti turnirlərdə uğurlu çıxışa ümid edirik”.

Bunu “Report”a açıqlamasında 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova AVRO-2024-ün seçmə mərhələsindəki çıxışlarını dəyərləndirərkən deyib.

Mütəxəssis Lüksemburqa 0:1 hesabı ilə məğlub olduqları ilk görüşü daha yaxşı keçirdiklərini düşünür: “Meydanda 90 dəqiqə “vuruşduq”. Sadəcə, 75-ci dəqiqədə ani səhvdən qol buraxdıq. Bizim də şanslarımız çox oldu, təəssüf ki, dəyərləndirə bilmədik. Səfərə yollanmamışdan bir həftə əvvəl aparıcı futbolçularımızdan biri zədələndiyi üçün heyətdən çıxarıldı. Fikrimcə, bu itki də çıxışımıza təsir göstərdi. Əks təqdirdə, Lüksemburqa qalib gələ bilərdik”.

Baş məşqçi ikinci matçda Xorvatiyaya 0:8 hesablı yenilgini rəqibin güclü olması ilə əlaqələndirib: “Təəssüf ki, qrupun favoriti Xorvatiyaya böyük hesabla uduzduq. Onlar çox güclü idilər, bizdən əvvəl Maltanı da 8:0 hesabı ilə məğlub etmişdilər”.

N.Qurbanova III turda Maltaya 1:4 hesablı məğlubiyyətin səbəbini isə fərdi səhvlərdə görür: “Son tur ərəfəsində Malta ilə Lüksemburqun hərəsinin 3 xalı var idi. Bu üzdən müdafiədən çox, hücumameyilli futbol oynadıq. Hətta hesabı da erkən qolla biz açdıq. İkinci qolu vurmaq şansımız da oldu, amma yararlana bilmədik. Adi vəziyyətlərdən, qapıçının səhvindən qollar buraxdıq”.

U-17-nin çalışdırıcısı oyunçuların hələ təcrübəsiz olduqlarını vurğulayıb: “Millilərin tərkibi 2007-2008-ci il təvəllüdlü futbolçulardan qurulmuşdu. Pandemiya dönəmində 2007-ci il təvəllüdlü qızlar çox az idi. Seçmə mərhələyə apardıqlarımızın əksəriyyəti 2008-ci il təvəllüdlü idi. Bu da oyunumuza mənfi təsir göstərdi. Bu, qızlar üçün yaxşı təcrübə oldu, səhvlərdən nəticə çıxardıq. Nəzərə alaq ki, onlar üçün ilk seçmə mərhələ oyunları idi”.

Qeyd edək ki, B Liqasının III qrupunda Xorvatiya 9 xalla birinci, Malta 6 xalla ikinci, Lüksemburq 3 xalla üçüncü yeri tutub. Qrupu son pillədə tamamlayan Azərbaycan millisi hesabına xal yazdıra bilməyib.

Futbol
"Barselona"nın futbolçusu ərəb klubuna keçir

"Barselona"nın futbolçusu ərəb klubuna keçir

Futbol
Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Futbol
"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

Futbol
Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa oyunlarına vəsiqə qazanıb

Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa oyunlarına vəsiqə qazanıb

Futbol
Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Futbol
Ukraynalı baş məşqçi: "Azərbaycan millisi ilə bağlı kifayət qədər məlumatımız var"

Ukraynalı baş məşqçi: "Azərbaycan millisi ilə bağlı kifayət qədər məlumatımız var"

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

Futbol
Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Futbol
“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək

“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək