Azərbaycan Premyer Liqası: Birinci dövrənin oyunlarını stadionlardan ümumilikdə 66 571 tamaşaçı izləyib - STATİSTİKA

Azərbaycan Premyer Liqası: Birinci dövrənin oyunlarını stadionlardan ümumilikdə 66 571 tamaşaçı izləyib - STATİSTİKA

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün birinci dövrəsinin oyunlarını stadionlardan ümumilikdə 66 571 tamaşaçı izləyib.

“QELEBE.AZ”un araşdırmasına görə, geridə qalan 9 turun 44 qarşılaşmasında bu sayda azarkeş çempionata maraq göstərib.

Bu isə orta hesabla hər matça təxminən 1513 tamaşaçı deməkdir.

Mövsümün ilk dövrəsində ən böyük maraq VI turda olub. Belə ki, “Zirə”, “Kəpəz”, “Araz-Naxçıvan”, “Turan Tovuz” və “Qarabağ”ın ev oyunlarına ümumilikdə 10 950 nəfər toplaşıb. Ən aşağı göstərici isə II tura təsadüf edib. Dörd görüşə 3500 fanat gəlib. Turun “Sumqayıt” – “Sabah” oyunu isə təxirə salınıb.

Bu mövsüm ən çox azarkeş toplayan komanda “Turan Tovuz”dur. 66 571 fanatdan 13 300-ü tovuzluların payına düşür. İkinci sıradakı “Qarabağ” ev oyunlarına 9690 nəfər toplaya bilib. Maraqlıdır ki, ağdamlılar 6 ev matçı keçiriblərsə, Tovuz təmsilçisi doğma arenasında cəmi 3 görüşə çıxıb. Ən az azarkeş marağı olan komanda “Araz-Naxçıvan”dır. Rəqiblərini Mərdəkandakı “Dalğa Arena”da qəbul edən klubun 5 ev görüşünə ümumilikdə 2400 azarkeş gəlib.

Birinci dövrənin ən diqqət çəkən dueli IX turun “Neftçi” – “Qarabağ” qarşılaşması olub. Qonaqların 2:0 hesabı ilə qalib gəldikləri “Neftçi Arena”dakı görüşü 5400 nəfər tribunalardan izləyib. Bu, hələ ki, ən yüksək göstəricidir. Ən az maraq isə IV turun “Araz-Naxçıvan” – “Sumqayıt” görüşünə olub. 1:1 hesabı ilə başa çatan qarşılaşma zamanı “Dalğa Arena”da 350 nəfər yer alıb.

Ümumiyyətlə, 44 görüşdən 18-də tamaşaçı sayı 1000-ə çatmayıb.

Futbol
Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır

Futbol
“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
İlin ən yaxşı qadın futbolçusu açıqlanıb

İlin ən yaxşı qadın futbolçusu açıqlanıb

Futbol
“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

Futbol
Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

Futbol
"Qarabağ" bu gün UEFA Avropa Liqasında pley-offa yüksələ bilər

"Qarabağ" bu gün UEFA Avropa Liqasında pley-offa yüksələ bilər

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

"Olimpiakos" "Qarabağ"la oyundan əvvəl qələbə qazanıb

Futbol
"The Best": FIFA ən yaxşı qapıçı adına namizədləri açıqlayıb

"The Best": FIFA ən yaxşı qapıçı adına namizədləri açıqlayıb

Futbol
"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

Futbol
Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"