Vüqar Nadirov: “Region Liqasında maliyyə durumu ən yaxşı olan komanda "Hipers”dir" - MÜSAHİBƏ

Vüqar Nadirov: “Region Liqasında maliyyə durumu ən yaxşı olan komanda "Hipers”dir" - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov yeni komanda yaradıb.

36 yaşlı keçmiş hücumçunun qurduğu “Hipers” klubu 2023/2024 mövsümündən Region Liqasında mübarizə aparacaq.

Komandaya baş məşqçilik edəcək Vüqar Nadirov “Report”a müsahibəsində həm görülən işlər barədə məlumat verib, həm də üzləşdikləri çətinliklərdən danışıb.

- Yeni yaratdığınız komanda ilə bağlı son durum necədir?
- Hələ yeni başlamışıq, 10 günün kollektiviyik. Əsas üstünlüyü “Uğur” komandasının oyunçularına vermişik. Komandamızda potensiallı uşaqlar var, onları üzə çıxaracağam. Komandamızın adı “Hipers”dir. Mənası çeviklik, güc deməkdir.

- Oktyabrın 19-da Region Liqasında yeni mövsümün püşkü atılacaq. Qısa müddətdə hazır ola biləcəksiniz?
- Yaxın dostum Ayaz Abdullayevlə birlikdə komandanı iki gün ərzində qurduq. Həftədə üç dəfə məşq edirik, hazır olmağa çalışırıq. Komandanın baş məşqçisi də özüm olacağam.

- Keçmiş futbolçulardan kimlərinsə komandanıza cəlb olunması mümkündür?
- Bəzilərinə təkliflərimizi etmişik. Kim istəsə, qapımız üzlərinə açıqdır. Peşəkar karyerasını bitirənlərdən ürəyi istəyən varsa, bizə qoşula bilər. Region Liqasında maliyyə durumu ən yaxşı olan komanda "Hipers"dir.

- Sirr deyilsə, futbolçuların maaşı nə qədər olacaq?
- Digər komandaların çoxunda pulsuz oynayırlar, yəqin ki, bunu bilirsiniz. Ümumi götürdükdə aylıq maaş 100-300 manat aralığında olur. Komandada ailəli futbolçular var, bunu da nəzərə alırıq. Həmçinin 50-100 manat mükafat da veriləcək.

- Maliyyə xərclərini necə qarşılayacaqsınız?
- Hələ ki, Ayaz Abdullayev komandanı maliyyələşdirir. AFFA da bizə həftədə 300 manat dəstək verəcək. Düşünürəm ki, uğurlu nəticələr qazana bilsək, dəstəkçilərimiz də artar.

- Bu mövsümdən komandalar Premyer Liqa ilə yanaşı, I Liqa, II Liqa, əvəzedicilərin çempionatı və Region Liqasında mübarizə aparacaqlar. Artıq ölkənin bütün regionlarının futbolla əhatə olunduğunu demək olar?
- Bu qədər çempionatın təşkili çox yaxşıdır. Amma nəzərə alaq ki, stadionlarımız yoxdur. Bir meydanda 6-7 komanda məşq edir. Ciddi şəkildə stadion qıtlığı var. Şəxsən mən stadion tapa bilmirdim.

- Ev oyunlarınızı harada keçirəcəyinizi dəqiqləşdirmisiniz?
- Sağ olsun AFFA, bu məsələ ilə bağlı da dəstəyini nümayiş etdirdi. Ev oyunlarımızı “Dalğa Arena”da keçirəcəyik.

- Bu qədər problemlərin fonunda Region Liqasında nəyə ümid edirsiniz?
- Bura gəlməkdə məqsədim perspektivli futbolçuları üzə çıxarmaqdır. Elə istedadlı uşaqlar var ki, heç kimləri olmadığından, onları irəli çəkən yoxdur. Özümü nümunə göstərə bilərəm. Rəhmətlik əmim Adil Nadirov mənə dəstək verdi, oyunumla ümidlərini doğrultdum, milliyə qədər yüksəldim. Futbolçulardan əsas tələbim isə intizamlı olmalarıdır. Nizam-intizama əməl etməyən oyunçu, kimliyindən asılı olmayaraq, heyətdən çıxarılacaq. Bunu da hamısına demişəm.

- Nəzərə alaq ki, maaş aşağı olduğu üçün futbolçuların çoxu başqa sahədə də çalışacaq. Bu amil intizamı qorumağınızda çətinlik yaratmayacaq?
- Həftədə üç dəfə məşq üçün toplaşırıq. Həftəsonu da oyun olur. İnanmıram ki, hansısa problemlə üzləşək.

Futbol
“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

Futbol
"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

Futbol
"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Futbol
Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Futbol
Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Futbol
Azərbaycan millisinin qapıçısı: "Səhvlərdən nəticə çıxarmaq lazımdır"

Azərbaycan millisinin qapıçısı: "Səhvlərdən nəticə çıxarmaq lazımdır"

Futbol
Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq

Futbol
“Frayburq”un baş məşqçisi: “Bəxtimiz gətirdi”

“Frayburq”un baş məşqçisi: “Bəxtimiz gətirdi”

Futbol
2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

Futbol
Bundesliqa: "Union" tarixində ilk dəfə liqa cədvəlinə başçılıq edir

Bundesliqa: "Union" tarixində ilk dəfə liqa cədvəlinə başçılıq edir

Futbol
"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb

"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb

Futbol
Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb