Ağatahir Əzimov: “Millidə keyfiyyətli futzalçı sayı azdır”

Ağatahir Əzimov: “Millidə keyfiyyətli futzalçı sayı azdır”

“Millidə keyfiyyətli futzalçı sayı azdır və o səviyyədə yerli də yoxdur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futzalçısı Ağatahir Əzimov deyib.

49 yaşlı mütəxəssis yığmanın DÇ-2024-ün elit mərhələsində Qazaxıstana 2:3 hesabı ilə məğlub olduğu səfər oyununu dəyərləndirib. O, əsas problemi eyni gücə malik iki heyətin olmamasında görür: “Uşaqlar gücləri çatan qədər mübarizə apardılar. Sadəcə, Qazaxıstan dünyanın ən güclü 3-4 komandasından biridir. Bizim oyunçular ötən iki oyunda onlardan heç də geri qalmadılar. Yığmamızın ilk “dördlüy”ündəki Braziliyaəsilli oyunçular güclüdürlər. Ancaq onlar əvəzlənəndə oyun dəyişir, komanda zəif təsir bağışlayır. Qazaxıstan yığmasının üstünlüyü qapıçısının irəlidə oynamasıdır. Belədə komandamız təzyiq altında çıxış etməli olurdu. Nəticədə pressinqinə tab gətirə bilmədilər. Elə hesabı da qapıçılarının irəli çıxmasından istifadə edərək açdıq”.

A.Əzimov baş məşqçi Vitali Borisovun təcrübəsizliyinin bu məğlubiyyətlərdə rol oynamadığını düşünür: “Baş məşqçilik heç nə yox idi. Vitali Borisov öz işini uğurla görürdü. Bakıda keçirilən oyunda da yığma pis təsir bağışlamadı. Cəmi 5-6 gün təlim-məşq toplanışında olmuşdular. Qazaxıstanda isə uşaqlar daha yaxşı oynadılar. Problem ondadır ki, futzalçılarımızın bir neçəsi ölkə xaricində çıxış edirlər. Klubları da onları tez buraxmırlar. Yığma toplaşanda kollektivin uyğunlaşmasına bir neçə gün vaxt lazım olur. Bizdə isə bu imkan olmur. Rumıniyaya məğlubiyyətin də səbəbini məhz bunda görürəm. Amma Niderlandla qarşılaşmaya rahat hazırlaşdıqları üçün tam fərqli oyun ortaya qoydular. Komandamız Qazaxıstana qarşı da ikinci oyunu daha yaxşı keçirdi. Millinin əvvəlki baş məşqçisi Joze Alesio Da Silvanın işi asan idi. Çünki həm o özü, həm də milli üzvlərinin, demək olar ki, hamısı “Araz-Naxçıvan”da çıxış edirdi. İlboyu eyni heyətə məşq keçirdi. Amma indi Vitali Borisov toplanışa başlayır, yığma üzvlərinin sonradan komandaya qoşulmalarını gözləyir”.

U-19 millisinin sabiq çalışdırıcısı son iki turda Rumıniya və Niderland önündə yığmadan qələbə gözləyir: “Nəyin bahasına olur-olsun, son iki oyunda mütləq qalib gəlməliyik. Ondan sonra Rumıniyanın büdrəməsini gözləməliyik. 9 xalın bizə kifayət edib-etməyəcəyi hələ bilinmir. Əslində, rumınları səfərdəki qarşılaşmada da məğlub etməli idik”.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu dekabrın 15-də Bakıda Rumıniyaya qarşı keçirəcək.

Futbol
Belçika millisinin baş məşqçisi istefa verib

Belçika millisinin baş məşqçisi istefa verib

Futbol
Almaniya Kuboku: "Qarabağ"ın rəqibi çətin qələbə ilə mərhələ adlayıb

Almaniya Kuboku: "Qarabağ"ın rəqibi çətin qələbə ilə mərhələ adlayıb

Futbol
Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Futbol
Konfrans Liqası: Daha 4 komanda növbəti mərhələyə adlayıb

Konfrans Liqası: Daha 4 komanda növbəti mərhələyə adlayıb

Futbol
AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

Futbol
Qurban Qurbanov: "Çox dinamik və baxımlı oyun oldu"

Qurban Qurbanov: "Çox dinamik və baxımlı oyun oldu"

Futbol
Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Futbol
DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

Futbol
Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Futbol
"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

Futbol
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

Futbol
“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”