“Azərreyl”in hücumçusu: “Bu yolda çempionluğa qədər gedəcəyimizə əminəm”

“Azərreyl”in hücumçusu: “Bu yolda çempionluğa qədər gedəcəyimizə əminəm”

“Bu yolda çempionluğa qədər gedəcəyimizə əminəm”.

“Report” xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun üzvü Dəmir Fatma İklimya Çelenc Kubokunun 1/32 final mərhələsində Ukrayna təmsilçisi “Balta” üzərində 3:0 hesabı qələbədən sonra deyib.

19 yaşlı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında kollektivdə uyğunlaşma prosesinin başa çatdığını bildirib: “Ardıcıl iki gün 3:0 hesablı qələbə qazandıq. Komandamla fəxr edirəm. Bir-birimizi çox yaxşı başa düşürük”.

“Azərreyl”in kapitanı Aynur İmanova isə uğurlu çıxışda azarkeşlərin rolunun böyük olduğunu söyləyib: “Hər iki qələbə münasibətilə komandamı təbrik edirəm. Bundan sonra bizi daha çətin oyunlar gözləyir. Həmin matçlara yaxşı hazırlaşmaq, uğurlu nəticələri davam etdirmək üçün əlimizdən gələni edəcəyik. İki gündür azarkeşlərdən aldığımız dəstək bizi qürurlandırdı. Onları görəndə daha yaxşı oyun ortaya qoyuruq. Düzdür, səfər görüşlərində belə atmosfer olmayacaq. Ancaq yenə də bütün gücümüzlə mübarizə aparacağıq”.

Qeyd edək ki, “Azərreyl” Çelenc Kubokunun 1/16 finalında İspaniyanın “Avarka de Menorka” klubu ilə qarşılaşacaq.

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlaşır

Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlaşır

Komanda
Azərbaycan millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycan millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Həndbol üzrə Azərbaycan çempionatında II tura yekun vurulub

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb

Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb