Premyer Liqa: II dövrənin startı ərəfəsində zədəli və cəzalılar - ARAŞDIRMA

Premyer Liqa: II dövrənin startı ərəfəsində zədəli və cəzalılar - ARAŞDIRMA

Azərbaycan Premyer Liqasında ikinci dövrəyə oktyabrın 20-22-də keçiriləcək oyunlarla start veriləcək.

“QELEBE.AZ”un araşdırmasına görə, komandaların heyətində bir çox futbolçu zədə və cəza səbəbindən X turun matçlarını buraxmalı olacaq.

Turun açılış oyununda “Qarabağ”ı qəbul edəcək “Turan Tovuz”un 3 üzvü çempion önünə çıxa bilməyəcək. Kapitan Şəhriyar Əliyev, eləcə də Emmanuel Hakman və Piruzi Marakvelidze hazırda zədələrini sağaltmaqla məşğuldurlar. “Qarabağ”ın da əsas itkisi müdafiə xətti ilə bağlıdır. Belə ki, Bədavi Heseynov hələ ki, fərdi məşqlərlə kifayətlənir. Onun növbəti həftədən kollektivə qoşulması gözlənilir. Bəhlul Mustafazadə isə artıq sıraya dönüb, hətta komanda ilə məşqlərdə də iştirak edir.

“Səbail”in yeganə itkisi Cabir Əmirlidir. Türkiyədə dizindən əməliyyat olunan müdafiəçi üçün 2023-cü il bitib. “Neftçi” isə sabah Şahin Diniyevin komandasına qarşı iki aparıcı yarımmüdafiəçisinin xidmətindən yararlana bilməyəcək. Eddi İsrafilovun zədəsi davam etdiyi üçün “Səbail”lə qarşılaşmanı buraxacaq. Kapitan Emin Mahmudov isə ötən turda 4-cü sarı vərəqəni aldığı üçün cəzalı duruma düşüb.

Lider “Zirə” “Kəpəz”lə səfər qarşılaşmasında 4 futbolçunun xidmətindən məhrum olacaq. Kapitan Qismət Alıyev sarı vərəqə cəzalısıdırsa, İsmayıl İbrahimli, Felipe Paxtman və Pərviz Azadov zədə ucbatından Tovuzdakı görüşü buraxacaqlar. “Kəpəz”də isə yalnız yarımmüdafiəçi Olavale Onanuqa məşqçilər korpusunun sərəncamında olmayacaq.

Bu mövsüm heç cür ideal heyəti bir araya gətirə bilməyən “Sabah”da baş məşqçi Murad Musayev “Sumqayıt”la qarşılaşmada da iki əcnəbi oyunçusuna şans verə bilməyəcək. Boyan Letiçin cəza müddəti yalnız “gənclik şəhəri” təmsilçisi ilə matçdan sonra bitəcək. Kristian Sebalyos isə zədədən əziyyət çəkir. İspaniyalı hücumçu məşqlərə başlasa da, hələ tam bərpa olunmayıb.

Yaranmış fasilə, deyəsən, ən çox “Sumqayıt”ın işinə yarayıb. “Kəpəz”lə son oyunu buraxan qapıçı Mehdi Cənnətov “Sabah”la görüşə hazırdır. Kristian Velinovskinin də zədəsi sağalıb. Lakin o, hazırda fərdi məşqlərlə kifayətləndiyindən, böyük ehtimalla qarşılaşmanı buraxacaq. Milli komandalarda olan oyunçulardan Kasimir Ninqa düşərgəyə qayıdıb, Erik Sorqa və İsa Suliman isə bu gün kollektivə qoşulacaq.

“Araz-Naxçıvan”ın “Qəbələ” ilə səfər oyunu ərəfəsində yeganə itkisi Vanderson Melodur. 4 sarı vərəqə limitini dolduran braziliyalı yarımmüdafiəçi cəzalıdır. Melonun yüngül zədəsi də var. “Qəbələ”də isə problemlər daha çoxdur. Asif Məmmədov, Feras Abu Akal və Kristof Atanqananın zədə ucbatından qarşılaşmanı buraxacaqları dəqiqdir. Əvəzində Urfan Abbasovla Gilad Abramov tam sağalaraq, kollektivə qoşulublar.

Futbol
Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Futbol
Murad Musayev: "Bu cür komandaları udmağın yollarını tapmalıyıq"

Murad Musayev: "Bu cür komandaları udmağın yollarını tapmalıyıq"

Futbol
Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Futbol
“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

Futbol
"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edəcək

"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edəcək

Futbol
Azərbaycanlı futbol məşqçilərinə Pro lisenziyası təqdim olunub

Azərbaycanlı futbol məşqçilərinə Pro lisenziyası təqdim olunub

Futbol
"Qarabağ" dünya nəhənglərini qabaqlayıb

"Qarabağ" dünya nəhənglərini qabaqlayıb

Futbol
Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Azərbaycanın futzal yığması əsas seçmə mərhələyə qələbə ilə başlayıb

Futbol
Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Futbol
Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Futbol
Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Futbol
“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb