Azərbaycan Minifutbol Federasiyasının baş katibi: "Məqsədimiz dünya çempionu olmaqdır"

Azərbaycan Minifutbol Federasiyasının baş katibi: "Məqsədimiz dünya çempionu olmaqdır"

"Mundialda debüt etsək də, məqsədimiz dünya çempionu olmaqdır"

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov yığmanın Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq dünya çempionatında iştirakı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Funksioner yarışa Avropa çempionu qismində gedəcəklərini bildirib: "Hədəfimiz daşıdığımız statusa uyğundur. Çempionluğa namizədlərdən hesab edilirik. Bunu doğrultmağa çalışacağıq. Komandamıza da inanırıq".

Hüseynov baş məşqçi Elşad Quliyevin oyunçu seçimində çətinlik çəkdiyini söyləyib: "Antalyadakı təlim-məşq toplanışında şəxsən iştirak etmişdim. O heyətdən 16 nəfərlik siyahı tərtib etmək çox çətin idi. Komandanın bütün üzvləri turnirə hazır idi. İkitərəfli məşqlərdə onlarda olan hirsi, əzmi və mübarizliyi gördüm. Hərdən emosiyalara da qapılırdılar və məşqdə olduqlarını unudurdular. Eyni mübarizə əzmi ilə dünya çempionatının bütün oyunlarında çıxış edəcəklərinə inanıram. Ümid edirəm ki, çempion kimi Vətənə qayıdacağıq".

Qeyd edək ki, milli dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Azərbaycan yığması son Avropa çempionatının qalibidir.

Futbol
DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

Futbol
Simone İnzagi:  "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Simone İnzagi: "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Futbol
Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Avropa Liqası: "Qarabağ" "Nant"la oyunda hesabı bərabərləşdirib

Futbol
DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

Futbol
Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

Futbol
Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Futbol
La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

Futbol
Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Futbol
Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"

Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"

Futbol
Baş məşqçi "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

Baş məşqçi "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

Futbol
“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

Futbol
FIFA hər ölkədə Pelenin adını daşıyan stadionların olmasını istəyir

FIFA hər ölkədə Pelenin adını daşıyan stadionların olmasını istəyir