AKAF-ın baş katibi: “Ənənəni davam etdirərək, yarışı hər il keçirəcəyik”

AKAF-ın baş katibi: “Ənənəni davam etdirərək, yarışı hər il keçirəcəyik”

“İkinci dəfədir ki, “Mingəçevir Reqatası”nı təşkil edirik. Bu, ənənəvi tədbirdir, 50 ilə yaxın müntəzəm keçirilib. Biz də bu ənənəni davam etdiririk, hər il keçirəcəyik”.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri zamanı jurnalistlərə açıqlamasında deyib.

AKAF rəsmisi ötən gün baş tutan yarışlarda Azərbaycan idmançılarının 4 medal qazandıqlarını xatırladıb: “Bunun davamını bu gün də gözləyirik. Artıq bir idmançımız kanoe qayığında medal əldə edib. İnanırıq ki, günün sonuna qədər medallarımızın sayı artacaq”.

F.Əliyev “Mingəçevir Reqatası”nı təşkil etməkdə məqsədin yeniyetmələrin inkişafına kömək olduğunu vurğulayıb: “Ötən il idmançılarımız elə çox nəticə verməsələr də, perspektiv vəd edənlər artıq budəfəki yarışda uğurlu çıxış edirlər. Onlar ölkə xaricindəki turnirlərdə də Azərbaycanı təmsil edirlər və gözlənilən nəticəni qazanırlar. İstədiyimizi görə bilirik”.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Yarış ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilir.

Fərdi
Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Fərdi
Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Tokio Olimpiadasında Azərbaycana bürünc medal qazandırmış boksçu Paris-2024-də çəkisini dəyişəcək

Fərdi
"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

Fərdi
Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
WKF prezidenti: "Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir"

WKF prezidenti: "Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir"

Fərdi
AVF prezidenti milli komandanın üzvü ilə görüşüb

AVF prezidenti milli komandanın üzvü ilə görüşüb

Fərdi
Azərbaycanın bədii gimnastları dünya çempionatına yollanıb

Azərbaycanın bədii gimnastları dünya çempionatına yollanıb

Fərdi
Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Fərdi
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Fərdi
Nazir milli federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib

Nazir milli federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib