AKAF və TKAF arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

AKAF və TKAF arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Türkiyə Kanoe və Avarçəkmə Federasiyası (TKAF) arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu TKAF-ın prezidenti Alper Cavit Kabakçı “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, oktyabrın 27-də təşkil olunacaq tədbirdə AKAF prezidenti Vüqar Əhmədov, həmçinin gənclər və idman naziri Fərid Qayıbov da iştirak edəcəklər: “İki ölkə bu sahədə əməkdaşlığını qarşıdakı illərdə daha da artıracaq”.

Alper Cavit Kabakçı “Mingəçevir Reqatası”nın səviyyəsinin ildən-ilə artdığını sözlərinə əlavə edib: “Mayda “Prezident Kuboku” yarışında iştirak etmişdik. Mingəçevirdə yenidən qardaşlarımızla birlikdə olmaqdan məmnunuq. "İki dövlət, bir millət" şüarını əsas tutaraq, burada olduğumuz üçün çox xoşbəxtik. Yarışın səviyyəsi və iştirakçı sayı hər il artır. Azərbaycan komandası da iyulda Türkiyədə təşkil edilən yarışda iştirak etmişdi”.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Yarış ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilir.

Futbol
Qurban Qurbanov: “Danışmaq üçün asan gün deyil”

Qurban Qurbanov: “Danışmaq üçün asan gün deyil”

Futbol
Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

Futbol
Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Futbol
Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

Futbol
AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

Futbol
AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etməyib

AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etməyib

Futbol
"Nant" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

"Nant" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

Futbol
"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

Futbol
Top-5 liqalarda ən az qol buraxan komandalar bəlli olub

Top-5 liqalarda ən az qol buraxan komandalar bəlli olub

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb