Salah Anrinin Avropa rekordunu qırıb

Salah Anrinin Avropa rekordunu qırıb

“Liverpul”un ulduzu Məhəmməd Salah daha bir rekorda imza atıb.

“Report” xəbər verir ki, misirli Avropa Liqasında Fransanın “Tuluza”sı ilə matçın ikinci hissəsində meydana daxil olub və əlavə vaxtda qol vuraraq mersisaydlıların 5:1 hesablı qələbəsini töhfə verib.

Bu qol Salahı Avropa klub yarışlarında ingilis komandaları üçün ən çox qol vurmuş rekordçu edib.

Əvvəllər bu rekord Londonun “Arsenal” klubunun fransalı hücumçusu Tyerri Anriyə məxsus idi.

Daha öncə Salah və Anri 42 qolla birinci yeri bölüşürdülər, lakin misirlinin “Tuluza” ilə oyunda vurduğu qoldan sonra indi onun adına 43 qol var.

Xatırladaq ki, Salah 2017-ci ildə İtaliyanın “Roma” klubundan “Liverpul”a keçmişdi. 2017/2018 mövsümündə o, qolların sayına (32) görə İngiltərə Premyer Liqasında (İPL) rekord qırıb.

Futbol
PSJ Messiyə yeni müqavilə təklif edəcək

PSJ Messiyə yeni müqavilə təklif edəcək

Futbol
RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

Futbol
Lev Yaşın mükafatının sahibi müəyyənləşdi

Lev Yaşın mükafatının sahibi müəyyənləşdi

Futbol
Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Futbol
DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

Futbol
Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Futbol
“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

Futbol
"Beşiktaş" baş məşqçisi ilə vidalaşır

"Beşiktaş" baş məşqçisi ilə vidalaşır

Futbol
“Real” sabiq müdafiəçisini geri qaytarır

“Real” sabiq müdafiəçisini geri qaytarır

Futbol
Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Futbol
"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Jiru Fransa millisinin ən yaşlı bombardiri olub