Argentina millisinin qapıçısı “Lev Yaşin” mükafatının sahibi olub
“Qızıl top”un təltifetmə mərasimində “Lev Yaşin” mükafatının qalibi bəlli olub.
“QELEBE.AZ”un məlumatına görə, bu titula Argentina millisinin qapıçısı Emiliano Martines sahib çıxıb.
İngiltərənin “Aston Villa” klubunun qolkiperi ilə yanaşı, Bris Samba (“Lans”, Fransa), Dominik Livakoviç (“Fənərbağça”, Türkiyə), Aaron Ramsdeyl (“Arsenal”, İngiltərə), Andre Onana (“Mançester Yunayted”, İngiltərə), Ederson (“Mançester Siti”, İngiltərə), Mark-Andre Ter Ştegen (“Barselona”, İspaniya), Mayk Menyan (“Milan”, İtaliya), Tibo Kurtua (“Real”, İspaniya) və Yassin Bunu (“Əl-Hilal, Səudiyyə Ərəbistanı) bu mükafata iddia edirdilər.
Tədbirdə “Sokrates kuboku”nun da qalibi müəyyənləşib. Mükafatın budəfəki sahibi İspaniyanın “Real” klubunun braziliyalı hücumçusu Vinisius Junior olub. Bu mükafat ictimai və xeyriyyə layihələrində iştirak edən futbolçular üçün nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildə “Lev Yaşin” mükafatını Tibo Kurtua qazanmışdı. “Sokrates kuboku” isə seneqallı hücumçu Sadio Maneyə verilmişdi.

https://qalaba.az//uploads/photo/argentina-millisinin-qapichisi-lev-yashin-mukafatinin-sahibi-olub.webp











