Azərbaycan Minifutbol Federasiyasının baş katibi: "Dördüncü yeri tutmaq ciddi uğurdur"

Azərbaycan Minifutbol Federasiyasının baş katibi: "Dördüncü yeri tutmaq ciddi uğurdur"

"Millimiz ilk dəfə dünya çempionatına qatılırdı. Debütdə, 32 komanda arasında 4-cü olmaq yaxşı nəticədir, ciddi uğurdur".

Bunu "Report"a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov yığmanın Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatındakı çıxışı ilə bağlı danışarkən deyib.

Funksioner millinin daha əvvəl yalnız iki böyük turnirdə - Avropa çempionatlarında mübarizə apardığını xatırladıb: "Sadəcə, qitə çempionluğunun yaratdığı inam hissi, beynəlxalq federasiya rəsmilərinin və digər komandaların yığmamıza yanaşması, 5 favorit sırasında göstərilməyimiz ambisiyalarımızı artırmışdı. Çempionluq uğrunda mübarizə aparırdıq, bu səbəbdən qazandığımız uğuru qəbul edə bilmirik. Soyuq başla düşündükdə, yaxşı nəticəyə imza atdığımızı deyə bilərik. Əminəm ki, millimiz bundan da yaxşı nəticə qazana bilərdi. Komanda buna da qadir idi".

Hüseynov Qazaxıstan ilə yarımfinal oyununda bir neçə səhvin həlledici olduğunu söyləyib: "Kimin hansı epizodda səhv etdiyini demək istəmirəm. Qazaxıstan kimi kollektivə qarşı bu mərhələdə belə səhvlər yolverilməz idi. Onlar da bundan maksimum istifadə etdilər. Yaxaladığımız fürsətləri dəyərləndirə bilsəydik, rəqib oyunda dönüş edə bilməyəcəkdi".

Baş katib Macarıstana uduzduqları üçüncü yer uğrunda görüş haqqında da fikirlərini bölüşüb: "Yarımfinal qarşılaşmasını futbolçulara unutdurmaq istəyirdik. Amma matça maksimum köklənə bilmədik. Macarlar bürünc medalı daha çox istədilər. Bu, yığmamızın yarışdakı ən zəif oyunu idi. Psixoloji amil rol oynadı. Medal qazanmağı çox istəyirdik. Növbəti dəfə qızıl medalları əldə edəcəyimizə inanıram. Avropa çempionatı 2024-cü ilin iyununda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq. Artıq Azırbaycan çempionatının startına hazırlaşırıq. Rəqabətli turnir təşkil edib millini bu qitə yarışına hazırlamaq üçün yaxşı zəmin yaratmaq niyyətindəyik. İnanıram ki, 6-7 aydan sonra millimiz növbəti mötəbər turnirdə daha yaxşı nəticə qazanacaq".

Futbol
UEFA "Qarabağ"la oyundakı hadisələrə görə "Frayburq"u cərimələyib

UEFA "Qarabağ"la oyundakı hadisələrə görə "Frayburq"u cərimələyib

Futbol
Premyer Liqa rekordu: “Mançester Yunayted" ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

Premyer Liqa rekordu: “Mançester Yunayted" ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

Futbol
Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Futbol
"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

Futbol
"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

Futbol
DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

Futbol
Avropa Liqası: "Qarabağ"ın hücumçusu birinci sırada, qapıçısı ilk "3-lük"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın hücumçusu birinci sırada, qapıçısı ilk "3-lük"də yer alıb

Futbol
AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Futbol
Azərbaycan Premyer Liqasında iki turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqasında iki turun oyun cədvəli bəlli olub

Futbol
ANOC-un prezidenti bəlli olub

ANOC-un prezidenti bəlli olub

Futbol
"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq