"Kəpəz"dən ayrılan baş məşqçi: "Yeni gələcək mütəxəssisin işi o qədər də ağır olmayacaq"

"Kəpəz"dən ayrılan baş məşqçi: "Yeni gələcək mütəxəssisin işi o qədər də ağır olmayacaq"

"Məncə, "Kəpəz"ə yeni gələcək baş məşqçinin işi o qədər də ağır olmayacaq".

Bunu "QELEBE.AZ"a açıqlamasında Gəncə klubundan istefa verən baş məşqçi Azər Məmmədov deyib.

47 yaşlı mütəxəssis mövsümün əvvəlində bu posta təyin olunanda problemlərdən xəbərdar olduğunu bildirib: "Dövlətin ayırdığı 3 milyon manatın yalnız 2 milyonu əsas komandaya çatırdı. Çünki 1 milyonu akademiya üçün nəzərdə tutulmuşdu. 2 milyonluq büdcə ilə güclənmiş Azərbaycan Premyer Liqasında çıxış etmək çox çətindir. Ancaq hər şeyə rəğmən, az iş görmədik. İlkin çətinliklərdən keçmişik. Ən azı komandanı formalaşdırmışıq. Futbolçular da bir-birinə tam uyğunlaşmışdılar. Sonuncu oyunda "Qarabağ"a 1:7 hesabı ilə uduzduq. Amma komanda öz oyununu tapırdı. Məncə, yaxşı oynamağa da başlamışdı. "Qarabağ"ın isə əsas heyəti ilə oynamaq bizim üçün ağır və çətindir".

Məmmədov bəzi amillərin "Kəpəz"ə çətinliklər yaratdığını söyləyib: "Nəticələr yaxşı deyildi" ifadəsi ilə razılaşmıram. Düşünürəm ki, bu büdcəyə malik klub üçün ən yaxşısını etməyə çalışdıq. Pis iş görməmişdik. Doğma meydanımızdan kənar düşmüşdük. Bundan əlavə, maliyyə imkanı olmadığı üçün heyətə daha yaxşı futbolçular cəlb edə bilmirdik. "Qəbələ" kimi komandadan 2 xal geridəyik, digər klublar da bizdən çox xal toplamayıblar. Böyük büdcəsi olan "Sabah" 13 xalla 8-ci yerdədir".

Baş məşqçi istefasının özü və klub üçün xeyirli olacağını düşündüyü üçün bu addımı atdığını vurğulayıb: "İlk olaraq qışa qədər qalmağı fikirləşdim. Həmin vaxt xal fərqi böyük olsaydı, onda demək olar ki, biz işimizin öhdəsindən gələ bilməmişik. Bəlkə indi yeni baş məşqçi yeni nəfəs gətirər və fərqli nəsə edər. Amma biz də "Kəpəz" üçün ən yaxşısını etməyə çalışdıq".

Futbol
"Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib

"Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq

Benzema “Sevilya” ilə oyunu buraxacaq

Futbol
“Qarabağ” avrokuboklarda ən çox qol vuran komandaların siyahısında yer alıb

“Qarabağ” avrokuboklarda ən çox qol vuran komandaların siyahısında yer alıb

Futbol
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

Futbol
Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Futbol
"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Olimpiakos" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

Futbol
“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Futbol
"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır

"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır

Futbol
Çempionlar Liqası: "Napoli" İtaliya futbolunun tarixinə düşüb

Çempionlar Liqası: "Napoli" İtaliya futbolunun tarixinə düşüb

Futbol
Fariz Nəcəfov: "Klublar Komitəsinin gördüyü iş ortada olacaq"

Fariz Nəcəfov: "Klublar Komitəsinin gördüyü iş ortada olacaq"

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib