Elnur Məmmədli: “Fransada Azərbaycan himninin səsləndirilməsi və bayrağının yüksəklərə qalxması əsas sevindirici məqamdır”

Elnur Məmmədli: “Fransada Azərbaycan himninin səsləndirilməsi və bayrağının yüksəklərə qalxması əsas sevindirici məqamdır”

“Əsas sevindirici məqam Fransada Azərbaycan himninin iki dəfə səsləndirilməsi və bayrağının yüksəklərə qalxmasıdır”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli millinin Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında çıxışı ilə bağlı danışarkən deyib.

Avropa çempionu qitə birinciliyində əldə edilən 2 qızıl medalın böyük uğur olduğunu söyləyib: “Avropa çempionatı çox gözəl keçdi. Komandamız kişilər arasında birinci yeri tutdu. Bu, böyük uğurdur. Ancaq hələ son deyil. Əsas məqsəd Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır".

Federasiya rəsmisi qadın cüdoçuların çıxışına da münasibət bildirib: “Avropa çempionatına gedən bütün idmançılara ümid bəsləyirdik. Hətta qadınlardan da uğurlu çıxış gözləyirdik. Leyla Əliyeva zədələnməsəydi, hesabımıza daha bir medal yazılardı. Çox yaxşı formada idi. Qızlarımız yüksək səviyyədə güləşdilər. Oğlanlar da bacarıqlarını ortaya qoya bildilər. Məşqçilər korpusu bu yarışda kimin nəyə qadir olduğunu gördü. Səhvləri, nəyin üzərində işləmək lazım olduğunu təhlil edəcəklər. İnanıram ki, gələcəkdə daha böyük uğurlarımız olacaq”.

E.Məmmədli Azərbaycanda cüdonun sürətlə inkişaf etdiyini vurğulayıb: “Bizə bu şəraiti yaradan Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan Cüdo Federasiyasına minnətdarlığımı bildirirəm. Onların sayəsində heç bir problemimiz yoxdur. Bu da onu göstərir ki, Azərbaycanda cüdo sürətlə inkişaf edir”.

Qeyd edək ki, Avropa çempionatında Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl medal qazanıblar.

Fərdi
Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Fərdi
Azərbaycan təmsilçisi Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinə üzv seçilib

Azərbaycan təmsilçisi Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinə üzv seçilib

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib