Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, "köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.

Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

6 oktyabr

23:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina)

Pirey, "Georgios Karaiskakis"

Xal durumu: "Frayburq" - 6, "Qarabağ" - 3, "Nant" - 3, "Olimpiakos" - 0.

Futbol
DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Futbol
"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

Futbol
“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

Futbol
Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarşımızda beynəlxalq təcrübəyə malik komanda var"

"Frayburq"un baş məşqçisi: "Qarşımızda beynəlxalq təcrübəyə malik komanda var"

Futbol
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Futbol
"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
"Şamaxı" komandası antirekordunu təkrarlayıb

"Şamaxı" komandası antirekordunu təkrarlayıb

Futbol
"Sabah"ın futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Sabah"ın futbolçusu Azərbaycan millisində qol hesabını açıb

Futbol
"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb