Azərbaycanla oyun ərəfəsində İsveç yığmasına 2 yeni futbolçu çağırılıb
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyun ərəfəsində İsveç yığmasına 2 yeni futbolçu çağırılıb.
“QELEBE.AZ”un yerli “svt.se” saytına istinadən məlumatına görə, bunlar mərkəz müdafiəçisi İsak Hien və sol cinah müdafiəçisi Niklas Hultdur.
Onlar yığmadan kənarda qalan 3 oyunçunu əvəz edəcəklər. Belə ki, müdafiəçilər Emil Holm, Lüdviq Auqustinsson və hücumçu Antoni Elanqa zədə səbəbindən heyətdən kənarlaşdırılıblar.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.

https://qalaba.az//uploads/photo/azerbaycanla-oyun-erefesinde-isvech-yigmasina-2-yeni-futbolchu-chagirilib.webp











