AVRO-2024: Belçika - Azərbaycan oyununda ilk hissə başa çatıb - YENİLƏNİB - 6

AVRO-2024: Belçika - Azərbaycan oyununda ilk hissə başa çatıb - YENİLƏNİB - 6

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda ilk hissə başa çatıb.

“QELEBE.AZ”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, meydan sahibləri fasiləyə 4:0 hesablı üstünlüklə yollanıblar.

21:43

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda daha bir qol vurulub.

“QELEBE.AZ”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, meydan sahiblərinin heyətində Romelu Lukaku 37-ci dəqiqədə fərqlənməklə özünün və komandasının dördüncü qoluna imza atıb.

Beləliklə, təcrübəli hücumçu poker edib.

21:34

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda daha iki qol vurulub.

“QELEBE.AZ”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, meydan sahiblərinin heyətində Romelu Lukaku 26 və 30-cu dəqiqədə fərqlənməklə het-trikini rəsmiləşdirib.

Hazırda "qırmızı şeytanlar" 3:0 hesabı ilə öndədirlər.

21:29

Azərbaycan millisi Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda azlıqda qalıb.

“QELEBE.AZ”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, yığmamızın heyətində Eddi İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

21:23

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda ilk qol vurulub.

“QELEBE.AZ”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, meydan sahibləri 17-ci dəqiqədə hesabı açıblar.

Belçika yığmasının heyətində Romelu Lukaku fərqlənib.

21:04

Belçika və Azərbaycan milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyunu başlayıb.

“QELEBE.AZ”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, “Kinq Baudouin” stadionundakı qarşılaşma nəzərdə tutulduğundan 2-3 dəqiqə gec start götürüb.

Buna Azərbaycan Himninin yanlış səsləndirilməsi səbəb olub. Səhv aradan qaldırıldıqdan sonra matç başlayıb.

Görüşü macarıstanlı FIFA referisi Gerqo Boqar idarə edir.

Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb. Qrupun digər matçında İsveç doğma azarkeşləri önündə Estoniya ilə üz-üzə gəlir.

19:51

AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Belçika və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

“QELEBE.AZ”un Belçikaya ezam olunan əməkdaşının məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Belçika: 12. Kun Kastels, 4. Vaut Fas, 5. Yan Vertongen, 21. Timoti Kastan, 3. Artur Teat, 18. Orel Manqala, 6. Aster Vranks, 9. Leandro Trossard, 19. Yohan Bakayoko, 7. Ceremi Doku, 10. Romelu Lukaku (k).

Baş məşqçi: Domeniko Tedesko.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 14. Eddi İsrafilov, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 9. Renat Dadaşov.

Baş məşqçi: Canni De Byazi.

Qeyd edək ki, bu gün Brüsseldə gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Hazırda Belçika yığması 17 xalla F qrupunda ikinci pillədə qərarlaşıb. Azərbaycan yığması isə hesabında 7 xalla dördüncüdür.

Futbol
Samir Əliyev: "Əsas hədəf qısa müddətdə heyəti formalaşdırmaqdır"

Samir Əliyev: "Əsas hədəf qısa müddətdə heyəti formalaşdırmaqdır"

Futbol
Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib

Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib

Futbol
AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

AFFA "Real Madrid"in oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

Futbol
"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Futbol
"Qarabağ" və "Olimpiakos"un start heyətləri bəlli olub

"Qarabağ" və "Olimpiakos"un start heyətləri bəlli olub

Futbol
"Qarabağ" "Nant"la oyunda bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib

"Qarabağ" "Nant"la oyunda bir dəqiqəlik sükut üçün UEFA-ya müraciət edib

Futbol
Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Futbol
Türkiyə Kuboku: "Qalatasaray" çətin qələbə ilə növbəti mərhələyə yüksəlib

Türkiyə Kuboku: "Qalatasaray" çətin qələbə ilə növbəti mərhələyə yüksəlib

Futbol
Françesko Kaltsona: "Azərbaycan yığmasında yaxşı futbolçular var"

Françesko Kaltsona: "Azərbaycan yığmasında yaxşı futbolçular var"

Futbol
Ukraynalı futbolçu müharibəyə görə karyerasını dondurub

Ukraynalı futbolçu müharibəyə görə karyerasını dondurub