AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub - YENİLƏNİB - 8

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub - YENİLƏNİB - 8

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib.

"Report"un Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-şeytanlar"ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.

Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub. Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz 7 xalla dördüncü, Estoniya bir xalla sonuncu yeri tutub.

22:09

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda ikinci hissə başlayıb.

“Report”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, meydan sahibləri hazırda 4:0 hesabı ilə öndədirlər.

21:53

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda ilk hissə başa çatıb.

“Report”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, meydan sahibləri fasiləyə 4:0 hesablı üstünlüklə yollanıblar.

21:43

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda daha bir qol vurulub.

“Report”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, meydan sahiblərinin heyətində Romelu Lukaku 37-ci dəqiqədə fərqlənməklə özünün və komandasının dördüncü qoluna imza atıb.

Beləliklə, təcrübəli hücumçu poker edib.

21:34

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda daha iki qol vurulub.

“Report”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, meydan sahiblərinin heyətində Romelu Lukaku 26 və 30-cu dəqiqədə fərqlənməklə het-trikini rəsmiləşdirib.

Hazırda "qırmızı şeytanlar" 3:0 hesabı ilə öndədirlər.

21:29

Azərbaycan millisi Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda azlıqda qalıb.

“Report”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, yığmamızın heyətində Eddi İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

21:23

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda ilk qol vurulub.

“Report”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, meydan sahibləri 17-ci dəqiqədə hesabı açıblar.

Belçika yığmasının heyətində Romelu Lukaku fərqlənib.

21:04

Belçika və Azərbaycan milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyunu başlayıb.

“Report”un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, “Kinq Baudouin” stadionundakı qarşılaşma nəzərdə tutulduğundan 2-3 dəqiqə gec start götürüb.

Buna Azərbaycan Himninin yanlış səsləndirilməsi səbəb olub. Səhv aradan qaldırıldıqdan sonra matç başlayıb.

Görüşü macarıstanlı FIFA referisi Gerqo Boqar idarə edir.

Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb. Qrupun digər matçında İsveç doğma azarkeşləri önündə Estoniya ilə üz-üzə gəlir.

19:51

AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Belçika və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

“Report”un Belçikaya ezam olunan əməkdaşının məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Belçika: 12. Kun Kastels, 4. Vaut Fas, 5. Yan Vertongen, 21. Timoti Kastan, 3. Artur Teat, 18. Orel Manqala, 6. Aster Vranks, 9. Leandro Trossard, 19. Yohan Bakayoko, 7. Ceremi Doku, 10. Romelu Lukaku (k).

Baş məşqçi: Domeniko Tedesko.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 14. Eddi İsrafilov, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 9. Renat Dadaşov.

Baş məşqçi: Canni De Byazi.

Qeyd edək ki, bu gün Brüsseldə gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Hazırda Belçika yığması 17 xalla F qrupunda ikinci pillədə qərarlaşıb. Azərbaycan yığması isə hesabında 7 xalla dördüncüdür.

Futbol
"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

Futbol
Avstriya millisinin futbolçusu "Bavariya" ilə müqavilə imzalayacaq

Avstriya millisinin futbolçusu "Bavariya" ilə müqavilə imzalayacaq

Futbol
Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Futbol
"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

Futbol
Dünya çempionatının favoriti bəlli olub

Dünya çempionatının favoriti bəlli olub

Futbol
Azərbaycan Premyer Liqası: XI turun hakimləri bəlli olub

Azərbaycan Premyer Liqası: XI turun hakimləri bəlli olub

Futbol
Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Futbol
Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Futbol
Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Futbol
“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

Futbol
Kadi: “Qürur duyuram”

Kadi: “Qürur duyuram”

Futbol
Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"