Yığmanın baş məşqçisi: “Şahmatçımız Ayan Allahverdiyevanın yeni hədəfləri var”

Yığmanın baş məşqçisi: “Şahmatçımız Ayan Allahverdiyevanın yeni hədəfləri var”

“Şahmatçımız Ayan Allahverdiyevanın yeni hədəfləri var”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın yeniyetmə şahmatçılardan ibarət yığma komandasının baş məşqçisi Fərid Abbasov deyib.

“Sevincimizin həddi-hüdudu yoxdur. Ayan Allahverdiyeva Azərbaycana çox medallar gətirib. Təkcə onu deyim ki, o, üçqat Avropa çempionudur. İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazandı. Çoxdan arzuladığımız dünya çempionu oldu.

Onun yeni hədəfləri var. Ayanın çox böyük fitri istedadı mövcuddur”.

Baş məşqçi bildirib ki, A.Allahverdiyevadan yeni-yeni qələbələr gözləyir: “Ondan istənilən uğuru gözləyirəm. Elə hədəf yoxdur ki, Ayan onu qət edə bilməsin. Biz hazırda da Azərbaycan Şahmat Federasiyasının sistemli işinin bəhrəsini görürük. Bunun nəticəsi olaraq idmançımız dünya çempionu oldu”.

“Hesab edirəm ki, Ayan gələcəkdə 20 yaşlı şahmatçılar arasında keçiriləcək çempionatlarda da öz sözünü deyəcək. Növbəti hədəf qadınlardan ibarət yığma komandada Azərbaycanın şərəfini qorumaqdır. Belə gənclərimiz nə qədər çox olsa, bu, bizim hamımızın başucalığımızdır”, - Fərid Abbasov vurğulayıb.

Qeyd edək ki, A.Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.

Fərdi
Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Fərdi
Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib

Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib

Fərdi
Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Fərdi
Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Fərdi
Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Fərdi
Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

Fərdi
Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

Fərdi
Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb