AFFA rəsmiləri Yunanıstanda beynəlxalq tədbirdə iştirak edirlər

AFFA rəsmiləri Yunanıstanda beynəlxalq tədbirdə iştirak edirlər

Yunanıstanın paytaxtı Afinada Beynəlxalq Olimpiya Komitəsi, INTERPOL, Avropa Şurası və UEFA-nın təşkilatçılığı ilə İdman Oyunlarının Toxunulmazlığı Həftəsi - idman yarışlarında manipulyasiya ilə mübarizə mövzusunda tədbir keçirilir.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 29-dək davam edəcək və 8 ölkənin (Azərbaycan, Kipr, Gürcüstan, Yunanıstan, İsrail, Malta, Rumıniya, Türkiyə) dəvət olunduğu tədbirdə milli assosiasiyada oyunların toxunulmazlığı üzrə məsul şəxs və komissiyanın üzvü - ekspert Seymur Səlimli, hüquq şöbəsinin hüquqşünası Naib Əsədov, Qeydiyyat və Statistika şöbəsinin baş mütəxəssisi Seyran Kərimli iştirak edirlər.

Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun iştirakı ilə keçirilən iclasın ilk günündə danışılmış oyunlara qarşı mübarizənin əhəmiyyəti, yarışların manipulyasiyasına qarşı mübarizədə, xüsusilə Olimpiya Hərəkatının və MOK-ların rolu xüsusi qeyd olunub. Tədbirdə həmçinin danışılmış oyunlara qarşı mübarizədə UEFA və dürüst formada qərar verən peşəkarların, rəqabət manipulyasiyasının həllində hüquq-mühafizə orqanlarının və beynəlxalq polis əməkdaşlığının, rəqabət manipulyasiyasının həllində Avropa şurasının və Milli platformaların rolu və “İdman Bütövlüyü Həftəsi”nin müzakirəsinə başlanılıb.

Futbol
Azərbaycanda işləmiş mütəxəssis "Qarabağ"ın oyunu ilə bağlı proqnoz verib

Azərbaycanda işləmiş mütəxəssis "Qarabağ"ın oyunu ilə bağlı proqnoz verib

Futbol
Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

Futbol
“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

Futbol
DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

Futbol
"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşüb

Futbol
“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Futbol
"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

Futbol
Azərbaycanın 8 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Azərbaycanın 8 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Futbol
"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

Futbol
Azərbaycan Premyer Liqası: Ən çox qol vurulan dəqiqələr – ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Ən çox qol vurulan dəqiqələr – ARAŞDIRMA

Futbol
“Sevilya” İsko ilə müqaviləni ləğv edib

“Sevilya” İsko ilə müqaviləni ləğv edib