"Qəbələ"nin baş məşqçisi: "Komandamızdan Yunanıstanda sürpriz nəticə gözləmək olar"

"Qəbələ"nin baş məşqçisi: "Komandamızdan Yunanıstanda sürpriz nəticə gözləmək olar"

"Bütün planlarımız baş tutsa, daha az səhv etsək, komandamızdan Yunanıstanda sürpriz nəticə gözləmək olar".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov bu gün Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəkləri UEFA Gənclər Liqasının II mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis ilk matçda yaxşı oynasalar da, gözləmədikləri hesabla uduzduqlarını bildirib: "Səfərə uduzmaq üçün gəlməmişik. Nəticə əldə etmək, hətta mərhələ adlamaq üçün buradayıq. Çətin görünür, çünki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq asan deyil. Amma mümkünsüz deyil".

Xəlilov oyunçuların yaxşı formada olduğunu diqqətə çatdırıb: "Bu rəqibə qalib gələ biləcəklərinin fərqindədirlər. Üç qol vurub matçı əlavə vaxta aparmaq olar. Hətta penaltilər seriyasına da daşımaq mümkündür. Qarşılaşmaya yaxşı hazırlaşmışıq".

Qeyd edək ki, bu gün reallaşacaq "Olimpiakos" - "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Futbol
Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Futbol
Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Futbol
"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

Futbol
Səudiyyə Ərəbistanı millisinin qapıçısı komanda yoldaşına ciddi xəsarət yetirib

Səudiyyə Ərəbistanı millisinin qapıçısı komanda yoldaşına ciddi xəsarət yetirib

Futbol
“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

“Turan Tovuz” – “Qarabağ” oyununda rekord qeydə alınıb

Futbol
Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Futbol
"Barselona"nın hücumçusu "Qalatasaray"a keçməkdən imtina edib

"Barselona"nın hücumçusu "Qalatasaray"a keçməkdən imtina edib

Futbol
Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Avropa Liqası: “Qarabağ”qrupda son oyununu keçirəcək

Futbol
Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

Futbol
Messi Pelenin rekordunu təkrarlayıb

Messi Pelenin rekordunu təkrarlayıb

Futbol
Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub