"Qalatasaray" - "Mançester Yunayted" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib - FOTOREPORTAJ
Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Okan Burukun baş məşqçisi olduğu komanda İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edib.
Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran İstanbul təmsilçisi ikinci pilləyə yüksəlib, qonaqlar isə 4 xalla sonuncudur.
A qrupun digər görüşündə "Bavariya" Almaniyada "Kopenhagen"i qəbul edəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

https://qalaba.az//uploads/photo/qalatasaray-manchester-yunayted-oyununda-6-qol-vurulub-qalib-mueyyenleshmeyib-fotoreportaj.webp











