Kevin Medina: "İmkanım olsaydı, hakimə sarı vərəqə göstərərdim" 

Kevin Medina: "İmkanım olsaydı, hakimə sarı vərəqə göstərərdim" 

"İmkanım olsaydı, hakimin özünə sarı vərəqə göstərərdim".

"QELEBE.AZ"un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina Norveç klubu "Molde" ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Kolumbiyalı müdafiəçi görüşün ikinci hissəsində sarı vərəqə alaraq cəzalı duruma düşməsinə münasibət bildirib. O, həmin anda belçikalı baş hakimin yanlış qərar verdiyini düşünür: "Hakimin həmin epizodda mənə sarı vərəqə göstərməyinə nə lüzum var idi? Mənə dedi ki, meydançanı tez tərk et. Mən də bildirdim ki, ağrım var, necə sürətli çıxım? Bəzən hakimlər də aqressiv olurlar və baş rolda olmağa çalışırlar".

Medina güclü rəqibə qarşı oynadıqlarını etiraf edib: "Yaxşı rəqibə qarşı oynadıq. "Molde", xüsusən də, evdə təhlükəli olur. Yenə də məlum şərtlər altında istəyimizə nail olduq. Əsas da budur. Rəqib çox güclü komanda idi. Ümumi şərtlər heç də bizim xeyrimizə deyildi. Məqsədimiz meydançanı sərfəli nəticə ilə tərk etmək idi. Hesabda geridə olsaq da, sona qədər xarakter göstərdik".

Mərkəz müdafiəçisi zədəsinin durumuna müayinədən sonra aydınlıq gələcəyini söyləyib: "Ağrılarım var. Bakıda MRT müayinəsindən sonra vəziyyətimə tam aydınlıq gələcək. Düşünmürəm ki, əvəzlənməyimin hansısa mənfi təsiri oldu. Meydançada qalsaydım, bəlkə də, yenə eyni nəticə qeydə alınacaqdı".

Futbol
Neymar məhkəmədə ifadə verib

Neymar məhkəmədə ifadə verib

Futbol
Mario Balotellinin yeni klubu bəlli olub

Mario Balotellinin yeni klubu bəlli olub

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Futbol
Klublararası dünya çempionatının püşkü atılıb

Klublararası dünya çempionatının püşkü atılıb

Futbol
“Qarabağ” səfərdə “Olimpiakos”la qarşılaşacaq

“Qarabağ” səfərdə “Olimpiakos”la qarşılaşacaq

Futbol
“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

Futbol
"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini açıqlayıb

Futbol
Uruqvaylı hücumçu La Liqanın tarixinə düşüb

Uruqvaylı hücumçu La Liqanın tarixinə düşüb

Futbol
Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol
Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

Futbol
"Qarabağ"a uduzan "Olimpiakos" avrokuboklardakı antirekordu yeniləyib

"Qarabağ"a uduzan "Olimpiakos" avrokuboklardakı antirekordu yeniləyib